• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin gündən-günə artdığını müşahidə etməkdəyik…

11.04.2025 - 16:25
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

30 ildən çox müddətdə müstəqil siyasət həyata keçirən Azərbaycan Respublikası bu gün dünyamızın siyasi arxitekturasının yenidən formalaşmasında Cənubi Qafqazın lider dövləti olaraq fəal iştirak edir. Xüsusilə, 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində regionda bərqərar olan sabitlik ölkəmiz üçün yeni çoxvektorlu əməkdaşlıq əlaqələrinin yaranmasına rəvac verdi.

Bu baxımdan, son illərdə Azərbaycanda dünya beyin mərkəzlərinin qabaqçıl mütəxəssislərinin toplanaraq aktual məsələləri müzakirə etmək üçün əsasları vardır. Regionda, eləcə də dünyada baş verən hadisələrin müzakirə edilməsi, geniş elmi təhlil aparmaqla düzgün qiymətləndirilməsi və marağı olan ictimaiyyətə çatdırılması ənənəvi olaraq məhz Bakı şəhərində, Azərbaycan Diplomatik Akademiyasında baş tutur.

Növbəti beynəlxlaq toplantı Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda 9 aprel 2025-ci il tarixində keçirildi. Həmin Forumda Cənab Prezident region üçün və dünyada cərəyan edən siyasi proseslərin axarına dair mükəmməl fikirlər səsləndirdi. Keçirilən müzakirələrdə bütün politoloqlar, beyin mərkəzləri bildirdilər ki, doğrudan da dünyamızın siyasi mənzərəsi dəyişir və məhz bu dəyişikliklər fonunda iqtisadi dəhlizlərin, regional əməkdaşlıqların əhəmiyyəti artmaqdadır.

Ölkə başçısının Forumda toxunduğu məsələlər Azərbaycanın dünya arenasında baş verən hadisələrə strateji mövqeyini, habelə qlobal çağırışlara verdiyi cavabları nümayiş etdirməsi baxımından olduqca mühüm idi. Prezident İlham Əliyevin çıxışı yalnız Azərbaycanın gələcəyə baxışını deyil, həm də ədalətə, beynəlxalq hüquqa və qlobal əməkdaşlığa əsaslanan yeni dünya düzənində ölkəmizin fəal iştirak istəyini ortaya qoydu.

Təbii ki, həmin çıxışın əsasında Azərbaycanın hər zaman olduğu kimi, bu gün də sülhün və regional təhlükəsizliyin əldə olunmasında maraqlı tərəf, o cümlədən dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğu fikirləri dayanırdı.

Təsadüfi deyil ki, dövlət başçısının iştirakçıların suallarını cavablandırarkən toxunduğu əsas məsələ məhz Ermənistan-Azərbaycan münasibətləri, Azərbaycanın regionda dayanıqlı sülhün əldə olunması üçün göstərdiyi səylərin diqqətə çatdırılması oldu. Təbii ki, Cənubi Qafqazda təhlükəsizliyin tam təmin edilməsi nəinki iki xalq arasında, eləcə də Amerika qitəsindən, Avropadan Mərkəzi Asiyaya, Çinə qədər bütün xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması baxımından çox vacibdir.

Regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin gündən-günə artdığını müşahidə etməkdəyik. Bu, bir tərəfdən münaqişələr nəticəsində qlobal iqtisadiyyatda yaranmış böhran, digər tərəfdən isə Azərbaycanın həm Avropa İttifaqı ilə (Qərb), həm də Mərkəzi Asiya dövlətləri (Şərq) ilə qurmuş olduğu strateji əməkdaşlıq nəticəsində baş verdi.

Əminliklə deyə bilərik ki, yeni dünya nizamında beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində nəqliyyat və kommunikasiya dəhlizlərinin rolu əvəzsizdir. Dünyamızın siyasi arxitekturasında baş verən dəyişikliklər mövcud logistik yolların yenilənməsini diktə edir ki, burada da hər zaman sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olan Azərbaycan Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin aktiv iştirakçısına çevrilib.

Forum, Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, eyni zamanda, ölkələr arasında münasibətlərin dərinləşməsi, ehtiyacı olan dövlətlərə iqtisadi, humanitar yardımların olunması baxımında göstərdiyi səyləri də ortaya qoydu. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində, COP29-un sədri olaraq ölkəmizin nümayiş etdirdiyi əzmkarlıq, əldə olunan nəticələr görülən işlərin əyani sübutudur.
Beləliklə, bu gün Azərbaycan yalnız regionda deyil, dünya miqyasında da etibarlı siyasi, strateji, iqtisadi tərəfdaş kimi özünü sübut edib. Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dördüncü sənaye inqilabının çağırışlarına uyğun aparılan hərtərəfli, çoxvektorlu fəaliyyət qədirbilən Azərbaycan xalqının, ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.