Cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər olaraq Ermənistanın 30 illik işğalına son qoydu.
Bu gün qəlbi Azərbaycanla döyünən hər bir soydaşımız Ölkəmizin dünyada Qalib ölkə kimi tanınmasından böyük qürur hissi keçirir. Ötən üç il ərzində bütün dünya gördü və qəbul ki, Azərbaycan özünün qüvvəsi, yenilməz ordusunun gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Tariximizin bu şanlı səhifəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən liderliyi, düşünülmüş siyasi kursu, müdrikliyi, qətiyyəti sayəsində mümkün oldu. Məhz Ölkə başçısının düşünülmüş, məqsədyönlü səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər olaraq Ermənistanın 30 illik işğalına son qoydu. Postmüharibə dövrünün reallıqlarını yaşadığımız dövrdə cənab Prezidentin həyata keçirdiyi siyasət, nümayiş etdirdiyi mövqe artıq xalqımızda qeyri-adi arxayınlıq yaradıb.
Çünki, sözü əməli qədər qəti olan Ölkə başçısının atdığı hər bir addım yaşadığımız regiona əbədi sülhü gətirir. Milli maraqlarımızın ən üst səviyyədə qorunduğu bu danışıqlarda aydın görünür ki, diqtə edən tərəf bizik. Ermənistanın bu prosesdə etdiyi manipulyasiyalar açıq görünür ki, vaxt uzatmaqdan başqa bir şey deyil. Bir tərəfdən də özünü erməni xalqının qoruyucusu qismində görən Fransanın və Hindistanın atdıqları addımlar prosesə süni əngəl yaratmaq siyasətidir.
Bu günlərdə ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda xüsusi toxunulan məqamlardan biri də məhz bu idi. Bu gün hər birimiz gözəl başa düşürük ki, Fransa kimi dövlətlər Ermənistanı silahlandırmaqla regionda sabitliyin möhkəmlənməsinin əleyhinə olduğunu nümayiş etdirir. Açıq-aşkar surətdə antiazərbaycan siyasət yürüdən Makron hökumətinin niyyəti iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olmaqdır.
Lakin bu ağıldan dayaz siyasətçi anlamır ki, Fransanın Qafqaz regionuna ciddi təsir etmə imkanları sıfıra bərabərdir. Belə bir vəziyyətdə ölümlə-qalım arasında mübarizə aparan rəsmi İrəvanın, hesab edirəm ki, ikinci çıxış yolu yoxdur. Bu gün heç bir azərbaycanlıda qəti şübhə yoxdur ki, regiona ən qısa zamanda əbədi sülh gələcəkdir. Bunun üçün hazırda bütün imkanlar mövcuddur.
Filarə İsmayılova;
Neftçala rayon ziyalısı, Şəhid anası