• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

QHT sədrlərindən Gülpəri Bayramovaya dəstək – 16 saylı dairənin seçicilərinə çağırış (FOTOLAR)

23.08.2024 - 8:35
A A
0
SHARES
22
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və peşə birliklərinin rəhbərləri 16 saylı Yasamal ikinci seçki dairəsindən seçicilərinə çağırış ediblər. Müraciət müəllifləri dairənin seçicilərini deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun İdarə Heyətinin (BPC) sədri Gülpəriyə Bayramovaya səs verməyə çağırılar.
Respublikainfo.com həmin müraciəti təqdim edir:
Vüqar Oruc (Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti)

Gülpəri Bayramovanı hər zaman çalışqan, öz üzərində işləyən, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir iş adamı kimi tanıyıram. Yaşının az olmasına baxmayaraq, bir çox mütərəqqi layihələrə imza atıb. Onun rəhbəri olduğu Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin üzvü olaraq gördüyü işlərdən də xəbərdaram. Yoruldum demədən sahibkarlarımızın xarici bazarlara çıxışı, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində çalışır. Kifayət qədər uğurlu nəticələri də var. 100-dən artıq şirkət kollektiv şəkildə BPC-nin üzvüdür. Klubun üzvləri arasında nüfuzlu iş adamları da var. Şübhə etmirəm ki, o, çox uğurlu millət vəkili olacaq. 16 saylı dairənin seçicilərini 1 sentyabr seçkilərində Gülpəri Bayramovaya səs verməyə dəvət edirəm!

Zemfira Ağayeva (Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri)

Gülpəri Bayramova xeyirxah, çalışan bir xanım olmaqla yanaşı, həm də peşəkar biznes təşkilatçısıdır. Onun ərsəyə gətirdiyi “Agromix” brendi ölkəmizin nüfuzlu aqrar şirkətlərindən biridir. Azərbaycan Biznes Partnyorları Klubu (BPC) isə iş adamları arasında faydalı və qarşılıqlı təmasların inkişafı, sahibkarlar arasında həmrəyliyin əldə olunması istiqamətində çalışan aparıcı assosiativ biznes təşkilatlarından biridir. Birlikdə çoxlu layihələrimiz olub. Gülpəri xanımda millət vəkili olmaq üçün bütün xüsusiyyətlər var. Əminəm ki, o, parlamentari kimi də seçicilərini Azərbaycan Parlamentində ləyaqətlə təmsil edəcək. 16 saylı dairənin bütün seçicilərini seçki məntəqəsinə gedib, Gülpəri Bayramovaya səs verməyə dəvət edirəm!
Cəsarət Hüseynzadə (İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri)

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatların əsas komponentlərindən biri də idarəçiliyə yeni nəfəs gətirilməsi, gəncliyə yaradılan şəraitdir. Çox sevindirici məqamdır ki, gənclərimiz də onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Gülpəri Bayramova iş adamı və biznes təşkilatçısı kimi çox peşəkardır. Kifayət qədər də uğurlu layihələri olub. Azərbaycan Biznes Partnyorları Klubu (BPC) da onlardan biridir. Hesab edirəm ki, seçki marafonunu qazanarsa, aktiv millət vəkillərimizdən biri olacaq. Bütün seçiciləri ona səs verməyə çağırıram!

Hacıbəy Heydərli (Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin həmtəsisçisi)

Gülpəri Bayramova digər iş adamlarından fərqli olaraq ictimaiyyətə açıq və hesabatlıdır. Eyni zamanda biznes təşkilatçısı olaraq da uğurlu fəaliyyət modeli ortaya qoyub. Biz onun fəaliyyəti ilə mətbuatdan tanışıq. “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində mühüm işlər görüb. Xarici tərəfdaşlarla uğurlu layihələr icra edib. Xalqını, dövlətini sevən bir iş adamıdır. Mən bütün seçiciləri Gülpəri Bayramova dəstək olmağa səsləyirəm!

Tural Əfəndi (Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri)

Gülpəri Bayramovanı uzun müddətdir tanıyıram. Birlikdə bir çox layihələrimi olub. Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) ərsəyə gəlməsində də birlikdə iştirak etmişik. Həmin təşkilatın İdarə Heyətinin üzvü olaraq BPC-nin sahibkarlığımızın inkişafına verdiyi mühüm töhfələrdən xəbərdaram. Ötən seçkilərdə mən də bu dairədən namizəd olmuşam. Gülpəri xanım özü də bu dairənin seçicisidir. Seçicilər arasında da kifayət qədər nüfuzu var. Şübhə etmirəm ki, o, bu seçkilərdə müvəfəqiyyət qazanacaq. Seçicilər də Gülpəri Bayramovaya dəstək göstərəcəklər.

 

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
23
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.