“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov dekabrın 23-də keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsinin Sovet İttifaqından miras qaldığını çox dəqiq qeyd edib”.
Busaat.az xəbər verir ki, bunu Qarabağdakı seperatçıların lideri Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.
“Azərbaycanlı ekoloqların aksiyasına gəlincə, reallıq budur ki, Azərbaycan tərəfi bu il dekabrın 3-də ilk dəfə olaraq Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bağladıqdan sonra Rusiya sülhməramlıları vasitəsilə “Qarabağ hakimiyyəti”nə yazılı tələblər təqdim edib” – deyə, Araik qeyd edib.
“Buna baxmayaraq, biz konstruktiv yanaşma nümayiş etdirdik və Rusiya sülhməramlıları ilə razılaşdırılmış şərtləri yazılı şəkildə Azərbaycan tərəfinə təhvil verdik ki, onlar Azərbaycan ekoloqlarının mədənə səfərinə icazə verməyə hazır olacaqlar.
Azərbaycan tərəfi təklif olunan kompromisdən imtina etdi və onların cavabı yolun uzunmüddətli blokadası oldu ki, bu da Qarabağın 120 min əhalisi üçün nəinki ciddi humanitar problemlər yaratdı, həm də 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini kobud şəkildə pozdu. Ümid edirik ki, Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşündə də üçtərəfli bəyanatın bəndlərinə hörmətlə yanaşmağın vacibliyi müzakirə olunub” – deyə, seperatçı lider əlavə edib.
“Azərbaycan tərəfinin pozuntularına baxmayaraq, bu gün “Qarabağ hakimiyyəti” bəyan edir ki, onlar konstruktivdirlər və Qarabağla bağlı istənilən məsələnin müzakirəsində tərəf kimi iştirak etməyə hazırdırlar” – deyə, Araik sözlərini tamamlayıb.
Busaat.az