• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib

14.04.2025 - 15:09
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, aprelin 14-də Baş Prokurorluq, həmçinin Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.

 

Konfransda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənc tədqiqatçılar və media təmsilçiləri iştirak ediblər.

 

Konfransdan əvvəl ulu öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub.

 

Daha sonra konfrans iştirakçıları Qarabağ Universitetinin kitabxanası, kriminalistika otaqları və digər tədris avadanlıqları ilə tanış olub. Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib.

 

Qonaqlara məlumat verilib ki, Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş kriminalistika otağı hüquqşünaslıq ixtisasının tələbələri üçün praktik təlimlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu otaq tələbələrin real cinayət hadisələri ilə bağlı praktiki bacarıqlarını inkişaf etdirməyə, hüquq tətbiqi sahəsindəki biliklərini gücləndirməyə imkan verir.

 

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və bildirib ki, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevə həsr olunan konfransın sözügedən universitetdə keçirilməsi böyük qürurdur. Rektor Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Qarabağ Universitetini təhsil, tədqiqat və innovasiya mərkəzinə çevirməklə Qarabağ və Şərqi Zəngəzurda ekosistemin formalaşmasında fəal rol oynamağın əsas hədəflərdən olduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitet olduğunu xatırladıb. Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsinin fəaliyyət göstərəcəyini bildirən nazir əlavə edib ki, 2030-cu ilə qədər universitetin musiqi fakültəsi Şuşada, kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq.

 

Çıxış edən baş prokuror Kamran Əliyev tədbirin məhz Xankəndidə keçirilməsinin xüsusi önəm daşıdığını bildirib və qeyd edib ki, bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür.
Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində hüquq ixtisasının tədrisinin başlanmasını yüksək qiymətləndirərək qeyd edib ki, bu, regionda hüquqi şüurun formalaşdırılmasına və gələcək hüquqşünas kadrların hazırlanmasına xidmət edəcək.

 

 

O əlavə edib ki, bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır. Baş prokuror Qarabağ Universitetinin tələbələrinə dövlətçiliyin əsasları, hüquq sisteminin rolu və gənclərin bu prosesdə iştirakı barədə tövsiyələrini də verib. Kamran Əliyev tələbələri hüquqi biliklərini daim artırmağa, qanunun aliliyini rəhbər tutmağa, insan hüquq və azadlıqlarının müdafiəsinə sadiq qalmağa səsləyib.

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətlərdən bəhs edib. Prezidentin xüsusi nümayəndəsi bildirib ki, ümumilli lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Elçin Yusubov əlavə edib ki, ulu öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda bu gün həyat yenidən canlanır, şəhərlər, kəndlər, qəsəbələr abadlaşır, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar.

 

 

Ardınca konfrans öz işini tərəfdaş qurumların nümayəndələrinin “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda çıxışları əsasında davam etdirib. Çıxış edən digər qonaqlar ümummilli lider Heydər Əliyev və onun davamçısı Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən danışıblar.

 

Daha sonra tələbələr Kamran Əliyev və Emin Əmrullayevə müxtəlif suallar ünvanlayıblar.
Konfrans çərçivəsində Qarabağ Universiteti ilə ECOLEAD layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb. Qeyd edilib ki, memoranduma əlavə ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.
Sonda xatirə fotosu çəkdirilib.

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.