Respublikainfo.com Media Qrupu Tahir Mirkişilinin parlament seçkiləri ilə bağlı seçicilərə müraciətini təqdim edir:
Hörmətli Sumqayıt şəhəri, 43 saylı 2-ci seçki dairəsinin (9,10,13-cü mikrorayonlar, Novruz qəsəbəsi, 44-cü məhəllə) seçiciləri!
2023-cü ilin sonunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəmiz nəticəsində Azərbaycanın ağrılı-acılı bir dövrünə son qoyuldu, 2024-cü ildən Yeni Dövr başladı. Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı sayəsində biz artıq ərazi bütövlüyünü tam təmin etmiş Qalib Azərbaycanıq!
Biz ilk dəfə 1 sentyabr 2024-cü ildə Qalib Azərbaycanın parlamentini seçəcəyik. Qələbəmizin daimi olması üçün bizə güclü lider, güclü dövlət, güclü xalq və güclü iqtisadiyyat lazımdır!
Bu istiqamətlərdə xidmət göstərmək üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq yeni dairədən, Sumqayıt şəhəri 43 saylı 2-ci seçki dairəsindən Milli Məclisə seçkilərdə iştirak edirəm. Sumqayıt və sumqayıtlılar mənim üçün doğmadır. Keçən dövrlərdə də şəhərin inkişafı və şəhər sakinlərinə xidmət üçün bacardığımızı etməyə çalışmışıq. Məqsədimiz yenə eynidir.
Təbliğat dövrü ərzində Sizlərlə mümkün qədər çox görüşməyə və hədəflərimizi çatdırmağa çalışacağıq.
Əminəm ki, bu seçkinin də qalibi siz olacaqsınız!
Yeni Dövrə Yeni Azərbaycanla!
#Sumqayıt #YAP #TahirMirkişili #43SaylıDairə