Demək olar ki, hər il payız mövsümü yaxınlaşdıqca bir çox insanlarda depressiv hallar müşahidə olunur. Bəzi adamlar bu kimi psixoloji halları adətən dəyişkən hava ilə əlaqələndirir. Bəs əslində payız depresiyası nədən yaranır? Bu kimi psixoloji vəziyyətlərlə üzləşərkən nə etmək lazımdır?
Respublikainfo.com Media Qrupu xəbər verir ki, mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Referans.az- a açıqlamasında bildirib ki, artıq sentyabr ayı başlayandan etibarən bizə müraciət edənlərin arasında depressiyadan əziyyət çəkənnlərin sayı artır. Lakin bir çoxları hesab edir ki, “Payız depressiyası” sentyabr ayında başlayır. Lakin bu belə deyil. “Payız depressiyası” əslində avqust ayından etibarən özünü göstərir. Adətən boğulmalar, tərləmələr, yorğunluq nəticədə “Payız depressiyası”-na gətirib çıxarır. Bu depressiyanın əsas yaranma səbəbləri müxtəlifdir. “Payız depressiyası”-ndan əziyyət çəkənlər insanlar daha çox 30-40 yaş qrupunda olan şəxslərdir.
Aytən Ələkbərova eyni zamanda deyib ki, bu il psixoloji yardım və “Payız depressiyası”-na görə müraciət edənlərin çoxusu qadınlardır. Həmin şəxslərlə söhbətlər əsasında o da məlum olub ki, adətən həmin xanımlar uşaqlıq və yeniyetməlik dövrlərində rastlaşdıqları psixoloji problemlərdən qurtula bilmirlər. Nəticədə də belə şəxslərdə təşviş pozuntuları müşahidə olunur. Bir çox hallarda belə insanlar uşaqlıqdakı problemlərə fokuslanırlar. İnsanlar əvvəlcədən bilsələr ki, arxasınca düşdükləri hadisələr sonunda onları depressiyaya salacaq o zaman əlbəttə yarı yolda dayanarlar. Çünki bir çox insan ümumiyyətlə öz psxioloji xüsusiyyətlərini bilmir.
Psixoloq həmçinin onu da vurğulayıb ki, insanlar fərqli xüsusiyyətlərə malik olduğu kimi fərqli də psixi təsirlərə düşürlər. Kimlərsə sözün təsiri altına düşdüyü halda digərləri isə maddi qazanclarının azalması səbəbindən depressiyaya düşür. Depressiyanın səbəblərini araşdırarkən ümumilikdə hər kəsə individiual şəkildə yanaşılmalıdır.
“Yüngül depressiyaları psixoloji üsullarla aşmaq olur. Lakin ağırlaşmış depressiyalar isə həkim – nevroloqla bərabər psixoloq məsləhəti ilə müalicə olunur. Ümumiyyətlə depressiyaların ağırlaşmasının əsas səbəbi vaxtında psixoloq və ya həkimlərə müraciət edilməməsidir”,- deyə Aytən Ələkəbərova əlavə edib.
Bünyamin Bünyadzadə