• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Dekabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Gündəm

PLASTİK CƏRRAHLARIN SERTİFİKAT DÜYÜNÜ: XAOS NƏYƏ XİDMƏT EDİR?

11.05.2025 - 1:13
A A
0
SHARES
35
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu xəbər verir ki, daha öncə Səhiyyə Nazirliyi tərəfindən qanuni əsaslarla və rəsmi şəkildə plastik cərrah kimi fəaliyyətinə icazə verilən ümumi cərrahların da sertifikatı ləğv olunub.

 

Həkimlərin haqlı etirazına səbəb bu hal qanunla qanunsuzluq etməyə bənziyir. Belə ki, hüquqi baxımdan heç bir rəsmi qrum özü verdiyi sənədi, özü də ləğv edə bilməz. Edərsə ortaya bugünkü kimi qarışıq və absurd mənzərə açılır.

 

Danılmaz faktdır ki, son illər ölkəmizdə plastik cərrahiyə üzrə özbaşnalıq tüğyan edirdi. Hətta tibb təhsili olmayan şəxslərin də plastik əməliyyat icra etdiyinin şahidi olduq.

 

Əlbəttə ki, Səhiyyə Nazirliyinin bu sahəyə əl atması, tədbirlər görməsi, hamımızın arzusu və tələbi idi. Amma və lakin qurunun oduna yaş da yandı. Ağına-bozuna baxmadan illərlər plastik cərrahiyə üzrə sertifikasiyadan keçən həkimlər də hədəfə alındı.

 

Əhalinin sağlamlığının qorunması haqında Azərbaycan Respublikasının qanununun 48 maddəsinə əsasən 2018- ci ilə qədər, kim 5-il fəaliyyət göstərdiyi sahə üzrə sertifikasiəyadan keçən ixtisas dəyişə bilərdi ki, ümumi cərrahlar da məhz bunu edib.

 

Onlar plastik cərrahiyə ilə özbaşına, qanunsuz şəkildə məşğul olmayıblar. Səhiyyə Nazirliyinin müvafiq təlimatları əsasında imtahan verərək bu ixtisasa yiyələniblər.

 

O zaman nə üçün bu gün həmin həkimlər az qala cəmiyyətə cinayətkar, saxta həkimlər kimi təqdim olunur?.

 

Nə üçün Səhiyyə Nazirliyi fəaliyyətinə rəsmi şəkildə icazə verdiyi həkimləri bu gün özü baltalayır?.

Həkim nüfuzu yerlə yeksan edilən cərrahların aqibəti necə olacaq?.

Sertifikasyası ləğv olunmuş ümumi cərrahlara da rezidenturadan keçmək tələb olunur. 2011-ci ildən öncə rezidentura olmadığı üçün belə bir tələbin qoyulması doğru deyil. Digər tərəfdən rezidentura təhsili tələb olunan cərrahlar on – onbeş il aktiv plastik cərrah kimi fəaliyyət göstərmiş həkimlərdir.

Sertifikasiyası ləğv olunmuş ümumi cərrahların sakitləşdirmək üçün xüsusi təftiş komisyası tərəfindən dərc edilən məlumatda qeyd olundu ki, ümumi cərrahlar da bir sıra plastik əməliyyatları icra edə biləcəklər. Amma – əmması var. Beləki bu icazəyə belə bir şərtdə qoşuldu ki, yalnız xüsusi hazırlıq keçmiş cərrahlar plastik əməliyyat icra edə bilərlər.

Söhbət hansı hazırlıqdan, hansı kursadan gedir oda bəlli deyil. Eləcə də on-onbeş il plastik cərrah kimi fəaliyyət göstərən həkimləri uzun illər uzaq qaldıqları ixtisasa geri döndürmək nə qədər təhlükəsizlik addımdır?!.

Bu gün sertifikasyası ləğv olunmuş ümumi cərrahlar kimsə ilə savaş istəmir. Tək istəkləri illərlə əmək sərf etdikləri ixtisasa dönmək, plastik cərrahiyə sertifikatlarının bərpasıdır.

Məhz bu məqsədlə də imza toplayaraq Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib məsələnin ədalətli həllini ümidlə gözləyirlər.

 

Könül Cəfərli
Jurnalist

 

Baş redaktor: Bünyamin Bünyadzadə 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Seçmə

Psixoloq Nəcibə Hüseynovadan MARAQLI VƏ FƏRQLİ AÇIQLAMA

12 Dekabr 2025
37
Siyasət

Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycan dövlətinin hər bir sahəsində yaşayır

12 Dekabr 2025
12
Sağlamlıq

PSİXOLOQDAN MARAQLI AÇIQLAMA – Yağışlı hava insan psixologiyasına necə təsir edir?

12 Dekabr 2025
34
Sağlamlıq

DİQQƏT! PSİXOLOQ ŞURA HEYDƏROVADAN ÖNƏMLİ AÇIQLAMA

02 Dekabr 2025
114
Cəmiyyət

“Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib

28 Noyabr 2025
12
Sosial

Neftçalanın icra başçısı səyyar görüşlər keçirib

28 Noyabr 2025
14

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.