• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
04 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Sağlamlıq

Paytaxtdakı bu restorandan şikayət var… Restorandan AÇIQLAMA…

10.11.2023 - 14:09
A A
0
SHARES
41
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Bakı şəhəri, Xəqani küç. 42/1 ünvanında yerləşən IL Patio & Planet Sushi Azerbaijan restoranından müştəri şikayəti var.

Respublikainfo.com bildirir ki, bu haqda Əsli adlı vətəndaş məlumat verib. Onun dediyinə görə, bu günlərdə Xəqani küç. 42/1 ünvanında yerləşən IL Patio & Planet Sushi Azerbaijan restoranında bizi, 62 azn hesab ödənişdən əlavə 9%-a 5,20 AZN servis xidməti ödəməyə məcbur etməyə çalışdılar. Müştərini səhv çıxardaraq, belə bir qanun olmadığını mənə sübut etməyə çalışırdı, uzun mübahisələrdən sonra, servisi çıxmağa razılaşdılar.

Vətəndaş eyni zamanda yeməyin bərbad vəziyyətdə olduğundan da şikayətçi olduğynu bildirib. O bildirib ki, şuşi rollarının içi boş olub. 1-ni sifariş etdik və irad bildirdik. Yeməkdən imtina etdik, başqasını sifariş etdik. Lakin yenisinin də içində qızılbalıq yox, onun qırıntıları idi. Birincinin şəklini çəkmədik. 2-cini isə çəkdik. Normal şəkildə iradımızı bildirdik, sifarişlərin yarısını geri qaytardıq, yemədik və hesabı ödədik. Administrator günahını qəbul etmək əvəzinə, bizi səhv çıxarmağa çalışırdı. İçində 3 qram belə qızılbalıq yox idi, deyir qramajnan qoyuruq. Deməli qızılbalıq qırıntıları, bir damcı üstdən bir damcı da o biri tərəfdən göstəriş üçün qoyublar. Heç o belə görünmürdü. Ortası isə boş. Bu konkret müştərini avam yerinə qoymaqdı, dələduzluqdur. Administrator isə üzr istəmək əvəzinə özünü təmizə çıxarmağa çalışırdı. Dəfələrlə iradlardan sonra yenə də dəyişmədi. Üstəlik hələ servis hesabladı. Getməyin ora, bərbaddır!

Vətəndaşın çəkdiyi fotoşəkilləri təqdim edirik:

Məsələ ilə bağlı Respublikainfo.com sözügedən restoran meneceri ilə əlaqə saxlayıb. Restoranın meneceri Elvin Amoyev məsələ ilə bağlı saytımıza bildirib ki, onların restoranında həftənin müəyyən günləri müştərilər üçün kompaniya olur. İki nəfərlik suşi alana bi suşi hədiyyə olunur. Konkret olaraq vətəndaş şikayəti ilə bağlı menecer qeyd edib ki, həmin gün restorana 3 nəfər xanım müştəri daxil olub. Və onlar həmin kampaniyadan faydalanıblar. Lakin heç bir əsas olmadan dəfələrlə yeməklərin yarısını yeyib digər hissəsini qaytarıblar. Onların razı qalması üçün yenidən yeməklər hazırlanıb və onlara təqdim olunub.

Elvin Amoyev deyib ki, xidmət haqqı kimi nəzərdə tutulan 5,20 qəpik də restoranın daxili servis qaydaları ilə tənzimlənir. Biz hətta həmin şəxslərdən nəzərdə tutulan bu servis haqqını da almadıq.

Daha sonra IL Patio və Planet Sushi Restoranının Marketinq Direktoru Elxan Mərdanlı məsələ ilı bağlı saytımıza bunları bildirdi: “Bazar İqtisadiyyatında qiymətləri müəssisələrin özləri təyin edirlər və müştəriyə təqdim edilən istənilən təkliflərdə qiymətlər öz əksini tapır. Bizdə bütün menularımızda qida ilə bağlı servis haqqında dəyər qeyd edilib. Servis haqqını sahibkar özü təyin edir və bu hər hansısa bir qanun pozuntusu yaratmır”.

Həmçinin Elxan Mərdanlı əlavə olaraq onu da bildirib ki, müştərilərə təqdim edilən təamlar xüsusi texniki karta əsasən hazırlanır və hər bir təam hazırlanan yeməyə müəyyən edilmiş həcmdə daxil edilir. Müştərinin sifariş etdiyi təamın tərkibi və hazırlanması fərqli olub və müştəri bu təamı ilk dəfə daddığına görə tərkibinin az olması ilə əlaqədar fikrini bildirib.

“Tövsiyyə edirəm ki, təamlar sifariş edilərkən, xüsusi olaraq da ilk dəfə dadılan təamdırsa, o zaman restoran əməkdaşlarından həm tərkibi və həm də hazırlanması ilə bağlı məlumat əldə etsinlər”- deyə Elxan Mərdanlı vurğulayıb.

Baş redaktor: Bünyamin Bünyadzadə

RESPUBLİKAİNFO.COM 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
8
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.