Respublikainfo.com Media Qrupu millət vəkilliyinə namizəd Vüqar Ələkbərovun sosial şəbəkə hesabındakı paylaşımlarındam birini təqdim edir:
“Yasamal rayon sakinləri mənim üçün doğmadır. Xalqım mənə bu şansı versə hər 3 aydan bir görüş keçirəcəyəm və xalqın içərisində olacağam. Öz doğmalarım olaraq daim dərdlərinə üzülüb, xoş günlərinə sevinəcəyəm. 5 il müddətində qərargah açıq olacaq.
İnkişaf edən Azərbaycanımızın gözəl rayonlarından olan Yasamalın ekoloji təmiz və turistik bölgəyə çevrilməsi yolunda lazım olan hər bir addımın atılması üçün dayanmadan çalışacağam”.
İnkişaf planı:
– Günəş enerjisi ilə çalışan məhəllə işıqlandırması
-Su probleminin həlli
-Hər məhəlləyə uşaq oyun parkı
-Stadion və idman mərkəzlərinin tikilməsi
-Davamlı təhsili artırma kitabxanaları
-Hər məhəlləyə ağsaqqal evi
-Narkomaniya ilə ciddi mübarizə
-Bərabər keyfiyyətli təhsilin bərpası
-Tibbi xidmətlərin artırılması
#deputat #deputatlığanamizəd #vüqarələkbərov