Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Bayram şənliyində Əməkdar artist Nuriyyə Hüseynova, bəstəkar ifaçı Çilənay Bədəlova və Türkiyənin Dövlət sənətçisi Səmra Göçər tərəfindən vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.
Rayon sakinləri və hərbçilərin də iştirak etdiyi tədbirdə səsləndirilən rəngarəng musiqilər iştirakçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edib.