• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Ordubad rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

26.09.2025 - 2:14
A A
0
SHARES
20
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

27 Sentyabr – Anım Günü çərçivəsində “44 günlük Zəfər tariximizin başlanğıc günü” adlı tədbir Ordubad Rayon Mədəniyyət Sarayında təşkil olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbçilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Respublikainfo.com xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin bərpa olunması  uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Anım Gününün Azərbaycan xalqının tarixində həm kədər, həm də qürur günü olduğunu bildirib, şəhidlərimizin qəhrəmanlığını və Vətən uğrunda göstərdikləri fədakarlığı vurğulayıb. İcra başçısı, qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində şərəfli səhifədir və bu günün xatirəsi gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir.  Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin güclü rəhbərliyi sayəsində Azərbaycanın müharibədə tarixi Qələbə qazanması, həmçinin, azad olunmuş torpaqlarda quruculuq və dirçəliş dövrünün başlanması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğu da qeyd edilib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinim deputatı, tibb üzrə fəlsəfə doktoru, dosent Elmar Rzayev və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri Fərrux Nağızadə çıxış edərək Anım Gününün xalqımız üçün müqəddəs gün olduğunu vurğulayıb, şəhidlərin canı və qanı bahasına qazanılan Qələbənin daim qürur mənbəyimiz olacağını qeyd ediblər.

Tədbirin bədii hissəsində “27 sentyabr — Anım Günü”nə həsr olunmuş “Vətənin qəhrəmanı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada şəhidlərin qəhrəmanlığı, Vətən uğrunda göstərdikləri şücaəti və xalqımızın həmrəyliyi canlı şəkildə əks etdirilib.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.