• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
21 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüş keçirib FOTO

08.10.2023 - 20:17
A A
0
SHARES
9
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Əhalinin sosial rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması, onları narahat edən problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir

Ordubad rayonunda sakinləri narahat edən məsələlərin yerində araşdırılaraq öyrənilməsi və onların müxtəlif sahələrdə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması məqsədilə davamlı olaraq rayon mərkəzi ilə yanaşı kəndlərdə də səyyar qəbullar həyata keçirilir. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinlərlə növbəti səyyar qəbulunu Üstüpü kəndində keçirib. Görüşdə Üstüpü kəndi ilə yanaşı, eyni icra nümayəndəliyinin tabeliyində olan Məzrə və ona qonşu olan Çənnəb kəndinin sakinləri də iştirak ediblər.

RESPUBLİKAİNFO.COM xəbər verir ki,  Üstüpü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçirilən görüşdə Ordubad Rayon İcra Hakimiyyyəti başçısının müavini və şöbə müdirləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.

Əvvəlcə rayon İcra Hakimiyyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər respublikamızın bütün bölgələrində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında, eləcə də Ordubad rayonunda abadlıq quruculuq işləri aparılır, mühüm infrastruktur layihələri reallaşdırılır, əhalinin sosial rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması, onları narahat edən problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. “Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər” – deyən dövlətimizin başçısı bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun yaradılması da bu məqsədə xidmət edir.

Vurğulanıb ki, ölkə rəhbərinin icra strukturları qarşısında müəyyənləşdirdiyi mühüm tələblərdən biri də məhz vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır. Ordubad rayonunda bu məsələlər diqqət mərkəzində saxlanılır, vətəndaşların qəbullarında, səyyar görüşlərdə sakinlərin müraciətləri dinlənilir, səslənən faydalı təkliflərin həyata keçirilməsi üçün işlək mexanizmlər tapılır.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qəbulda iştirak edən sakinlərin sosial təminatı, məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Vətəndaşların müraciətlərində qeyd etdikləri məsələlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Respublikainfo.com 
Bünyamin Bünyadzadə

XƏBƏR LENTİ

Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
7
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1
Cəmiyyət

“İrəvan və İrəvanlılar” mövzusunda dəyirmi masa təşkil olundu

30 Dekabr 2025
11

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.