• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib

10.01.2025 - 15:07
A A
0
SHARES
1
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacib mövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond “Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində növbəti dəfə şəhid övladlarını sevindirib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən layihə paytaxt Bakı da daxil olmaqla ölkənin bütün regionlarını əhatə edib. Layihə çərçivəsində 16 yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdim edilib.

Şəhid övladlarının siyahısının hazırlanması yerli icra hakimiyyəti orqanlarının, hədiyyələrin onlara çatdırılması isə fondun könüllüləri ilə yanaşı “Azərpoçt”un dəstəyi ilə baş tutub. Layihənin həyata keçirilməsində “Kapital Bank”, “PMD Group”, “PashaPay”, “PASHA Investments”, “PASHA Technology”, “PASHA Life” və “PASHA Bank” kimi nüfuzlu tərəfdaşlar iştirak ediblər. 

4 ildir davam edən “Onlar Bizə Əmanətdir” layihəsinin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir.

 

Uşaqlarına sevinc dolu anlarını izləmək üçün keçid edin: https://kbl.az/robe

 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.