• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 Noyabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun ilk iclası keçirilib

11.10.2025 - 13:28
A A
0
SHARES
230
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqlarn üzrə Müvəkkilinin (Ombudsmanın) yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində işçi Qrupun ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman), Psixi sağlamlıq və insan hüquqları sahəsində işçi Qrupun rəhbəri Səbinə Əliyeva, İşçi Qrupun üzvləri – Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Gəray Garaybəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Teymur Qafarov, Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, tibb elmləri doktoru, professor Nadir İsmayılov, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin təmsilçisi Eturan İsmayılov, Respublika Narkoloji Mərkəzinin direktoru Fəzayıl Sadiqov, Psixologiya Elm-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, İDDO Psixi Sağlamlıq Proqramının Baş psixoloqu Rövşən Nəzərli, psixiatr və ekspertlər, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media subyektlərinin nümayəndələri iştirak ediblər.

İclas zamanı bir çox məqamlar müzakirə olundu, İDDO Psixi Sağlamlıq Proqramının direkrotu Jalə Əhmədova tədbirdə çıxış edib. O, bildirib ki, Azərbaycanda psixi sağlamlıq məsələlərinin və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqlarının qorunması mütləqdir. Hər bir vətəndaş bu istiqamətdə öz məsuliyyətini dərk etmali və psixi sağlamlığın qorunması üçün əlindən gələni etməlidir.

Prezident İlham Əliyevin Sərəncam ilə təsdiq edilən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” ölkəmizdə sosial xidmətlər sisteminin inkişafında yeni mərhələnin başlanğıcını qoyur. Bu sənəd bir daha təsdiq edir ki, psixi sağlamlıq məsələlərinin tənzimlənməsi və bu sahədə dövlət nəzarətinin təmin edilməsi prioritet istiqamatlərdən biridir. 2023-cü il avqustun 7-də təsdiq edilmiş “Psixoloji yardım haqqında” Qanunda qeyd olunduğu kimi: “Psixoloq”-psixoloji kömək göstərmək hüququna malik, müvafiq tələblərə cavab verən şəxsdir. “Psixoloji yardım” – psixoloji problemlərin həlli, stress vəziyyətlərinin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, psixi sağlamlığın yaxşılaşdırılması, fərdi inkişaf və sosial adaptasiya məqsədilə psixoloji prinsiplər və metodlar əsasında hayata keçirilən tədbirlərdir. Psixoloji yardım alan şəxslərin hüquqları qorunmalıdır.

Bu hüquqlara, gizlilik (konfidensiallıq), psixoloji yardım xidmətindən istifadə etməkdir. Psixoloqların əsas vəzifələri etik davranış qaydalarına riayat etmək, yardım göstərərkən peşə standartlarina əməl etmək və ixtisaslarını davanmlı şəkildə təkmilləşdirməkdir. Təcrübə göstərir ki, psixoloq və vətəndaş arasında olan münasibətlər qanunla tənzimlənsə də, bu sahadə vahid standartların olmaması bir çox hallarda qanun pozuntularına və peşə etikasının pozulmasına gətirib çıxarır.

Hazırda bu sahədə fəaliyyət göstərən klinik psixoloqlar, psixologiya mərkəzləri, eləcə də uşaq bağçaları və uşaq evlərində çalışan psixoloq və loqopedlərin fəaliyyatinə yetərli nəzarət mexanizmi mövcud deyil. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə psixoloji xidmətlər sahəsində tənzimlənmə və nəzarətin təmin edilməsi üçün standartların hazırlanması zərurəti yaranmışdır.

Bu məqsədlə 2024-cü ildə TƏBİB, İDDO, İTS və Standartlaşdırma İnstitutu birgə əməkdaşlıqla Psixoloji xidmət sahələrinin standartlaşdırılması üzrə Texniki Komitə yaratmışdır. Texniki Komitənin yaradılmasının asas məqsədi bu sahədə fəaliyyat göstərən mütəxəssislərin və müəssisələrin fəaliyyətini tənzimləmək, göstərilən psixoloji xidmətlərin keyfiyyətinə nəzarət etmək və beynəlxalq standartlara uyğun mexanizmləri tətbiq etməkdir.

Hazırlanan standartlar beynəlxalq arenada psixoloji xidmətlər sahəsində qəbul olunmuş metodlara asaslanır və Azərbaycan camiyyətinə uyğunlaşdırılmış şəkildə tətbiq edilir. Bu yanaşma mütəxəssislərin daha məsuliyyətli fəaliyyət göstərməsinə, həmçinin saxtakarlıq və qeyri-peşəkar müdaxilələrin qarşısının alınmasına şərait yaradır.

Bu müddət ərzində psixoloqların etik kodeksi və uşaqlara psixoloji konsultasiyanın aparılması üzrə yeni standartlar hazırlanmışdır. İlk olaraq bu iki standartın hazırlanmasının əsas səbəblərindən biri ondan ibarət olmuşdur ki, psixologiya ixtisası üzrə ali təhsil almış hər bir şəxs özünü psixoloq kimi təqdim edir. Bu isə ciddi hüquqi və peşəkar pozuntulara gətirib çıxarır. Belə ki, hüquq psixoloqu, sosial psixoloq və digər ixtisas sahibləri özlərini klinik psixoloq kimi təqdim edir və bu sahədə fəaliyyət göstərmələrinə hüquqi əsas qazandırmağa cəhd göstərirlər.

Amma psixoloji xidmət haqqında qanunda qeyd edilir ki, klinik psixologiya üzrə magistr, super vizya və təkmilləşmiş, öz psixi sağlamlığı yerində olan, psixoloji kodeksə riayət edən şəxs klinik psixoloq kimi fəaliyyat göstərə bilər. Bu kimi halların qarşısının alınması və vətəndaşların saxta psixoloqların qurbanına çevrilməməsi üçün ilk olaraq psixoloqun etik kodeksi və fəaliyyat standatının hazırlanmsına start verilmişdir.

İkinci məqam isə, uşaqların mərkəzlər və fərdi fəaliyyət gösətərən mütəxəsislər tərafindən şəxsi maraqlara görə istismar edilməsidir. Bir məqam nəzərə alınmalıdır ki, uşaqların psixi sağlamlığının təmin edilməsi üçün bir, iki mütəxəsis yox, multidistiplianar komandanın fəaliyyəti təmin edilməlidir. Belə ki, əksər mərkəzlərdə psixopedaqoq, loqoped və idman mütəxəsisləri çalışırlar. Eyni zamanda bu fəaliyyət pərakəndə formada gerçəkləşir. Yəni mərkəzə gələn valideyin özü seçir mənim uşağıma loqoped dərs desin ya pedaqoq. Yeni yaradılmış standartlar bizə imkan verir ki, uşaqlara ilkin konsultasiya 10-15 dəqiqə ərzində bir mütəxəssis tərəfindən deyil, 2 gün ərzində multidissiplinar komanda tərəfindən – yəni 6-7 müxtəlif sahə üzrə mütəxəssisin birgə iştirakı ilə aparıldıqdan sonra diaqnoz qoyulsun.

Yalnız bundan sonra uşaq üçün real ehtiyaclara əsaslanan və faydalı olacaq reabilitasiya proqramı tərtib edilir. Multidissiplinar komanda tərkibinə art-terapevt, əmək terapevti, sensor inteqrasiya üzrə mütəxəssis, idman mütəxəsisi, pedaqoq, loqoped və digər ixtisaslı mütəxəssislər daxildir. Qeyd etmək lazımdır ki, bu model Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) protokollarında da təsbit olunmuşdur.

Məhz buna görə psixiatriya xəstaxanalarında və psixi sağlamlıq mərkəzlərində psixi pozuntulardan əziyyət çəkən şəxslərin reabilitasiyasında bu yanaşmadan geniş istifadə edilir. Bu standartların tətbiqi bizə imkan verəcək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara peşəkar və təhlükəsiz xidmət göstərilsin, “mütəxəssis” adı altında fəaliyyət göstərən qeyri-peşəkar şəxslərin isə uşaqların hüquqlarını pozmasının qarşısı alınsın. Hazırlanmış standartlara əsasən, uşaqların psixi sağlamlığının təmin edilməsi üçün ilkin diaqnozun qoyulması və inkişaf xəritəsinin hazırlanması vacib hesab olunur.

Bu yanaşma həm uşaqların inkişafının düzgün istiqamətləndirilməsinə, həm də müəxəssislərin peşəkarlıq səviyyəsinin tənzimlənməsinə şərait yaradır. Uşaqların psixoloji dəyərləndirilməsi və dəqiq diaqnozun qoyulması üçün ilkin informasiyanın toplanması asas mərhələdir. Düzgün diaqnoz sağalmanın 70 faizini təşkil edir.

Yeni standartlara əsasən, diaqnozun müəyyənləşdirilməsi bir neçə marhələdən ibarətdir: İlkin anamnezin toplanması, xüsusi hazırlanmiş testlərdən istifadə, uşağın davranışının müşahidə altında təhlili. Bu prosesin hər mərhələsi multidissiplinar komanda tərəfindən həyata Komandaya daxil olan mütəxəssislər və onların vəzifələri aşağıdakılardır: Hazırkı reallıq ondan ibarətdir ki, bir çox hallarda uşaqlara yanlış diaqnozlar qoyulur və bu, bəzan şəxsi maraqlar nəticəsində baş verir. 10-15 dəqiqəlik müşahidə əsasında verilən yanlış diaqnoz, təəssüf ki, yanlış reabilitasiya deməkdir. Bu da uşaqlanın inkişafına mənfi təsir göstərir və istismar hallarına gətirib çıxarır.

Məhz bu halların qarşısının alınması üçün multidissiplinar komandanın fomalaşdırılması və yeni starndartların tətbiqi zəruri addımdır. İlkin mərhələdə Psixoloqlann Etik Kodeksi və Uşaqların Psixoloji Konsultasiyası üzrə Standartlar hazırlanmışdır. Bu sənədlər mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.

Növbəti mərhələdə bizim hədəfimiz psixoloji yardım xidmətləri göstərən mərkəzlərin struktur standartlarının, həmçinin təhlükəsizlik və müştəri hüquqlarının qorunması qaydalarının hazırlanmasıdır. Bundan alavə, TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı arasında imzalanmış memorandum əsasında psixoloqlar və müştərilər üçün vahid elektron baza yaradılır. Bu sistem psixoloqların fəaliyyəti üzərində nəzarəti təmin edəcək, etik kodeksə əməl etməyən mütəxəssislərə qarşı tədbirlərin görülməsinə və ictimai şəffaflığın artrılmasına imkan verəcək.

Bu elektron baza həmçinin elmi tədqiqatların aparılması, ümumi statistik məlumatların toplanması və psixoloji xidmətlərin keyfiyyətinə nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir.

Biz hesab edirik ki, bu standartların tətbiqi və İDDO proqramının vahid elektron bazasının yaradılması qanuni fəaliyyat göstərən psixoloqların tanınmasını, psixoloji xidmətlərin şəbəkələşməsini və valideynlərin etibarının artmasını təmin edəcək. Gələcəkdə bu sistemin elmi tədqiqatlarda istifadəsi, daha dəqiq diaqnozların qoyulması və reabilitasiya prosesinin təkmilləşdirilməsi psixologiya elminin inkişafına mühüm töhfə verəcəkdir.

Proqramın inkişafı məqsədilə artıq Yaponiya, Kanada, Niderland və digər ölkələrdə fəaliyyət göstərən psixologiya mərkəzləri ilə əməkdaşlıqlar qurulmuşdur. Bu təcrübə göstərir ki, psixologiya sahəsində mövcud problemlər yalnız Azərbaycana məxsus deyil -oxşar çətinliklər bir çox ölkələrdə də müşahidə olunur. Növbəti hədəfimiz psixoloji xidmət mərkəzlərinin fəaliyyət standartlarını tam formalaşdırmaq, sistemə yalnIz peşəkar mütəxəssislərin daxil olmasını təmin etmək və Ümumdünya Səhiyyə Təşkilatına müraciət edərək psixoloji xəstəliklərin psixiatrik və nevroloji xəstəliklərdən ayrnca təsnif olunmasına nail olmaqdır. Təəssüf ki, hal-hazırda Xəstəliklərin Beynalxalq Təsnifatı (XBT) sistemində psixoloji xəstəliklər ayrıca sinif kimi yer almır. Bu isə bu elmin inkişafında ciddi manealər yaradır. Bütün bu istiqamətlərdə işlər davam etdirilir və yaxın gələcəkdə konkret addımlar atılması planlaşdırılır. Diqqətinizə görə təşəkkür edirik.

İclasın sonunda yekdilliklə müəyyən qərarlar qəbul olundu. Bu qərarlardan biri də sosial şəbəkələrdə yanlış maarifləndirilmənin qarşısın alınması və bunlarla ciddi mübarizə aparılması üçün lazımı addımların atılmasıdır.

XƏBƏR LENTİ

Seçmə

“ULU RÖYA YOLUNDA” KİTABININ TƏQDİMATI BAŞ TUTUB

09 Noyabr 2025
8
Cəmiyyət

Neftçalada Zəfər günü böyük coşqu ilə qeyd olundu

08 Noyabr 2025
1
Seçmə

“YOLÇU” TOYU – AAYDA MƏMURLARININ OLİQARXVARİ ŞƏNLİYİ

09 Noyabr 2025
17
Seçmə

BMT tərəfdaşı “CIPDH” – İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının Azərbaycan nümayəndəsi 74 yaşını qeyd edir

02 Noyabr 2025
5
Manşet

VƏKİLDƏN maraqlı İZAH – “Soyuq silah” hansı cinayət məsuliyyətidir?

01 Noyabr 2025
56
Manşet

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

31 Oktyabr 2025
79

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.