• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

Ölkəmizdə qadınların dövlət siyasətindəki fəaliyyəti ulu öndər Heydər Əliyevin adıyla bağlıdır

08.03.2024 - 8:40
A A
0
SHARES
9
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Prezident cənab İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır. Cənab Prezident hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qisminə fəxri adlar verir, digər qrupunu Azərbaycanın orden və medalları ilə təltif edir.

Azərbaycan qadını tarix boyu dövlətinə sədaqəti və sadiqliyi ilə seçilmişdir. Azərbaycanın müstəqil dövlət quruculuğunda qadınlarımız böyük fədakarlıq, qəhrəmanlıq nümayiş etdirmişdilər. Ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan xanımları ölkənin inkişafında, tərəqqisində böyük rol oynayır. Qadınlarımız ölkənin ictimai siyasi həyatında, dövlət quruculuğu işlərinə böyük töhfələr verirlər.

Respublikamızda bütün sahələrdə qadınlarımız fəaliyyət göstərir, dövlətə layiqli xidmət edirlər. Dünyada Ana adını Azərbaycan qadını qədər uca tutan heç kəs ola bilməz. Tarix boyu Azərbaycan qadını öz Vətəni uğrunda savaşlarda iştirak etmişdi. Birinci və ikinci Qarabağ müharibəsində də Azərbaycan qadını böyük şücaət və qəhrəmanlıq göstərmişdi.

Dünyada əsrlər boyu dövlətçiliyi olan bir çox ölkələrdən əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilmişdir. Azərbaycan dilinin qorunması, milli dəyərlərimizin bu günə qədər saf və təmiz şəkildə gəlib çıxması, milli irsimiz olan şifahi xalq ədəbiyyatının qorunub saxlanması, ağbirçək analarımızın müdrikliyi sayəsində olmuşdur.
Ölkəmizdə qadınların dövlət siyasətindəki fəaliyyəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bütün sahələrdə qadınlara xüsusi yer ayırırdı. Məhz ulu öndərin qayğısı sayəsində Azərbaycanda lider qadınlar yetişdi. Heydər Əliyev dövlət quruculuğunda qadınların rol oynamasına xüsusi diqqət ayırırdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz bacarığı, liderlik xüsusiyyətləri ilə dünyada Azərbaycan qadınının nüfuzunu qaldırdı. Bu gün Mehriban xanım yorulmadan fədakarlıqla bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ edir. Mehriban xanımının xidmətidir ki, bu gün Azərbaycan muğamı bütün dünyaya səs salıb, Azərbaycan xalçaları dünyanı heyrətə gətirib. Məhz Mehriban xanımın sayəsində bir çox milli- mədəni irsimiz Ümümdünya İrs siyahısına daxil edilib. Mehriban xanımın bütün dünyada həyata keçirdiyi humanitar aksiyalar sayəsində Azərbaycanın dostlarının sayı hər gün artmaqdadır. Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondu yarandığı vaxtdan dünyada Azərbaycanın humanitar və mədəni, diplomatik nümayəndəsi missiyasını yerinə yetirir. Mehriban xanım Azərbaycan qadınının mərhəmət və xeyirxahlıq, yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.

Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu vaxt Azərbaycan qadını gənc nəslin milli ruhda böyüməsi və tərbiyə olunması işini şərəflə daşıdı. Azərbaycan xanımı Zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı. Dövlətimiz şəhid analarını hər zaman uca tutur.

Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində bu gün Azərbaycan qadınının cəmiyyətdə nüfuzu artmaqdadır. Ölkəmizdə qanunverici, icraedici orqanlarda, məhkəmə, hüquq-mühafizə sistemlərində qadınlarımız dövlətə, xalqa şərəflə xidmət etməkdədir. Qadın hüquqlarının qorunmasında və dövlət siyasətində qadınların rolunun daha da artırılması üçün ulu öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev çoxlu sayda Fərman və Sərəncamlar imzalamışlar.
Qəbul edilmiş bu qanunlar bir daha sübut edir ki, qadınlarımız hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşlar.

Kamilə Əliyeva
Milli Məclisin deputatı,
professor

 

Baş redaktor: Bünyamin Çingizoğlu 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.