• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Ölkəmizdə Çövkən üzrə dünya çempionatına start verilib

11.06.2024 - 18:10
A A
0
SHARES
9
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, iyun ayının 10-da Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Çövkən üzrə dünya çempionatına start verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, qurumun vitse-prezidenti Bəsirət Quliyev, Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəsirət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qədim və zəngin tarixə malik çövkənin inkişafında ali diqqət və qayğılarından danışaraq, ölkə əhəmiyyətli sahələrdə olduğu kimi, bu sahədə də əldə edilmiş nailiyyətlərin məhz ölkə rəhbərliyinin adı ilə bağlı olduğunu böyük qürur hissi ilə diqqətə çatdırıb.

Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev belə tədbirlərin çövkən idman növünün inkişafına təkan verərək populyarlaşmasına səbəb olacağını vurğulayıb, Beynəlxalq Çövkən Federasiyasının məhz Azərbaycanda yaradılmasının tarixi hadisə olduğunu, çempionatın dostluq, sülh və idman ruhu ilə yadda qalacağını qeyd edib.

Rəsmi hissənin sonunda mundialda təmsil olunan millilərdən ibarət komandalara sağlam rəqabət, güclü mübarizə arzu edilib.

Tədbirin davamında Çövkən üzrə dünya çempionatında təmsil olunan komandaların paradı keçirilib, açılış mərasimi elan olunduqdan sonra yarışa start verilib.

Rəsmi hissə başa çatdıqdan sonra dünya çempionatının ilk qarşılaşmaları A qrupunda Azərbaycan 5–0 Qazaxıstan və Türkiyə 5–1 Malta, B qrupunda isə Mərakeş 5–0 Küveyt və Nigeriya 5–0 Almaniya komandaları arasında keçirilib.

Millilərin mübarizə apardığı Çövkən üzrə dünya çempionatı 16 iyun 2024-cü il tarixədək davam edəcək və qeyd olunan tarixdə qalib komandalar arasında baş tutacaq final oyununun nəticəsinə uyğun olaraq mükafatlandırma mərasimi keçiriləcək.

Beynəlxalq Çövkən Federasiyası – BÇF

BAŞ REDAKTOR: BÜNYAMİN BÜNYADZADƏ 
Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.