• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
11 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Ölkə başçımızın da qeyd etdiyi kimi Ermənistana havadarlıq edən ölkələr Xocalı soyqırımının qanlı cinayət olması barədə qərar çıxarmayıblar…

27.02.2024 - 18:11
A A
0
SHARES
9
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Prezident cənab İlham Əliyev fevralın 26-sı Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərinə səfər etdi və Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoydu.

Xocalı rayonunun ictimaiyyətilə görüşən ölkə başçımız artıq Xocalı qurbanlarının qisasının alındığı, ədaləti Azərbaycan dövlətinin özünün bərpa etdiyi, lakin hələ də böyük dövlətlərin bu soyqırıma biganə münasibət göstərməsi barədə fikirlər söylədi və Ermənistan və onun havadarlarına da mesaj ünvanladı.

Dünya tarixinin ən dəhşətli cinayətindən – Xocalı soyqırımından 32 il ötür. 1992-ci ilin fevralın 26-da erməni cəlladları qadınları, qocaları, körpə uşaqları belə amansızlıqla gətlə yetirdilər.

Xocalı soyqırımını ölkə mətbuatı ilə yanaşı dünyanın bir çox KİV-ləri bütün dünyaya çatdırdı. Təəssüflər olsun ki, dünya ictimaiyyəti erməni vəhşiliyinin qarşısında susdu. Bu ikili standartların mövcudluğunun, dəhşətli cinayətin ört-basdır edilməsinin bariz nümunəsi idi. Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımının tanıdılması üçün dünya dövlətlərində böyük aksiyalar keçirtdi.

Dünya ictimaiyyəti Xocalıda baş verənlərlə geniş məlumatlandırıldı. Bundan sonra bir sıra dövlətlər Xocalı soyqırımının rəsmən soyqırım aktı olması barədə bəyanat qəbul etdi. Ölkə başçımızın da qeyd etdiyi kimi dünyanın böyük dövlətləri və Ermənistana havadarlıq edən ölkələr bu qanlı cinayətin soyqırım olması barədə qərar çıxarmayıblar.

2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi. 2023-cü ildə isə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı da daxil olmaqla bütün torpaqlarımız separatçılardan təmizləndi. 2023-cü ilin oktyabr ayının 15-də Prezident cənab İlham Əliyev Xocalıda və Xankəndində Azərbaycan bayrağını dalğalandırdı və bu tarixi gələbəmizin təntənəsi, Xocalı qurbanlarının qisasının alındığı tarixi gün oldu. Artıq Xocalı yenidən qurulur. Növbəti ayda 50 Xocalı ailəsi öz doğma evlərinə dönəcəklər, lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

 

XƏBƏR LENTİ

Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
83
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
1
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6
Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
3

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.