• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
14 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Mədəniyyət

NOVRUZ – el bayramı!

19.03.2024 - 15:37
A A
0
SHARES
4
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Qədimliyimiz, kökümüzdən gələn, damarlarımızda axan mərdlik, ərənlik xüsusiyyətlərinin təcəssümü Novruz, həm də, milli birlik və xalq böyüklüyünün əzəməti hesab olunur.

Çünki, ulularımızın bəxş etdiyi bu el bayramı, hər zaman bizlərə, atalarımızdan miras birlik və vətənsevərliyi, hərb meydanlarında hünər göstərib ad qazanmağı, əmanət ömrümüzü yalnız, el, millət yoluna, torpaq, vətən uğruna həsr etməyi öyrətdi. Bununla yetinmədi, min illər boyu qanımıza, canımıza ruhumuza hopdurdu, damarlarımızla axıtdı bu qanı, bu şanı, böyük torpaq və vətən sevgisini. Məhz həmin sevginin böyüklüyündəndir ki, Burla xatun qeyrətli analarımızdan, igid atalarımızdan hünərvər oğullarımız yetişir, tarixin keşməkeşlərinə sinə gərən, yorulmadan mübarizə aparan vətənsevərlər. Məhz həmin yetişən oğullar sayəsində bu gün, gözəl Qarabağımızda, qəhrəmanlıq rəmzi qədim Şuşamızda, Xankəndində, ölkəmizin hər yerində bu el bayramı böyük təmtəraqla qeyd olunur. Xalqımız böyük sevinclə məşəllər, tüstüsü göylərə qalxan bayram tonqalları yandırır, el birliyinin rəmzi Yallı gedərək, ulu Novruzu qarşılayır. Qışın son akkordlarını təmsil edən kosa və keçəl meydanda məzhəkəli hərəkətləri ilə insanları şənləndirir. El-obaya xeyir-duasını, alqışlarını bəxş etmək üçün türk dünyasının ağsaqqalı Qorqud Dədə meydanın ən mötəbər yerində görünür.

O, əlbəttə ki tək deyil, yeni ilə xeyir-bərəkət, bolluq, yaşıllıq rəmzi, əli səmənili Bahar qızı ilə birlikdə insanları salamlayır. Bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar Novruzu böyük sevinclə qarşılayır, müqəddəs bayramı ən ülvi hisslərlə qeyd edirlər. İndi xalqımız, həm də bayramı bir başqa ab-hava ilə-Qalib ölkənin vətəndaşları olaraq qürurla qarşılayırlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bizlərə bu sevinci yaşadan, torpaq uğrunda ölən varsa Vətəndir deyən Şəhidlərimizin, qazilərimizin, Vətənin bütövlüyü uğrunda çalışan hər kəsin qarşısında baş əyirik!. Əziz xalqım Bayramın mübarək!

Ağabəy Manafov;
Neftçala rayonu, mədəniyyət işçisi

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.