• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Neftçalada Zəfər Günü təntənəli şəkildə qeyd olunub

09.11.2024 - 0:06
A A
0
SHARES
2
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

“8 Noyabr Zəfər Günü” ilə əlaqədar tərtib olunan Tədbirlər Planına əsasən “Zəfər Günü” ərəfəsində 1-8 noyabr tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə rayonda silsilə tədbirlər təşkil olunub.

Tədbirlər Planı çərçivəsində “8 Noyabr-Zəfər Günü”nə həsr olunan “Zəfər Kuboku” mini futbol turniri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında bilik müsabiqəsi, hərbi-təlim mərhələlərindən ibarət “Döyüş Hərəkətlərini Öyrənirik” adlı hərbi vətənpərvərlik mövzusunda tədbir, “Qəhrəmanlığa Yazılan Tarix” adlı rəsmi və bədii hissədən ibarət tədbir, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

Keçirilən silsilə tədbirlərin yekunu olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı bədii-kütləvi tədbir təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partıyası Neftçala rayon təşkilatının, Rayon Ağsaqqlar Şurasının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan olunub.

Böyük coşqu ilə keçirilən bayram konsertində Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət ustaları Vəfa Şərifovanın, Nurlan Ordubadlının, Fərahim Sadiqin, Murad Kəngərlinin, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın, Süleyman Ruqiyevin ifasında vətənpərvərlik mövzularında rəngarəng mahnılar səsləndirilib.

Sakinlərin böyük marağına səbəb olan və onlara yüksək əhval-ruhiyyə bəxş edən musiqili konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.