• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Neftçalada Ulu Öndərin əziz xatirəsi anılıb

12.12.2024 - 21:30
A A
0
SHARES
2
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Respublikamızın hər yerində olduğu kimi Neftçala rayonunda da dərin hörmət və ehtiram hissi ilə anılıb.

“12 dekabr Ulu öndər Heydər Əliyevin Anım günü” ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Neftçala RİH-nin məsul şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Neftçala rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və onların kollektivləri, şəhid valideynləri və müharibə iştirakçıları, eləcə də bir qrup ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin şəhər mərkəzində ucalan əzəmətli abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla anmışdırlar.

Sonra anım mərasimi Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsi ilə davam etdirilib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixinə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Rayon rəhbəri həmçinin çıxışında qeyd etmişdir ki, ərazi bütövlüyümüzün bərpası, Qarabağın düşmən tapdağından azad olunması Ulu Öndərin ideyalarının başlıca qayəsini təşkil edirdi. Mirhəsən Seyidov çıxışı zamanı bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını bildirmiş, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar siyasi qətiyyəti sayəsində Ulu Öndərin Azərbaycan xalqı üçün arzuladığı bütün istəklərinin həyata keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra tədbirdə çıxış edən digər natiqlər – qabaqcıl təhsil işçisi, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmuş Ruhəngiz Nəcəfova, Rayon Ağsaqqallar Şurasının üzvü, veteran təhsil işçisi Şakir Bəşirov çıxış edərək Ulu öndər Heydər Əliyevin sarsılmaz, polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində Müasir Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğunu diqqətə çatdırmış, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında Ulu öndərin misilsiz xidmətləri barədə söz açmışdırlar.

Sonda iştirakçılar üçün ehsan süfrəsi təşkil olunmuşdur.

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
24
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.