• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Neftçalada təhsil işçilərinin sentyabr konfransı keçirilib

09.09.2024 - 19:40
A A
0
SHARES
4
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Neftçala RİH-in dəstəyi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “2023-2024-cü tədris ilinin yekunu və qarşıda dayanan hədəflər” ilə əlaqədar Şirvan- Salyan Regional Təhsil İdarəsinin sentyabr konfransı keçirilib.

Konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Elm və Təhsil Nazirliyinin Srateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Xəlilova Rzazadə Leyla, Azərbaycan Respublikası Təhsil İnstitunun direktor müavini İlham Cavadov, Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, regionu təmsil edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib. İştirakçılar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Srateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Xəlilova Rzazadə Leyla Respublikada təhsil sahəsində aparılan islahatlardan, təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirilməsindən, Qarabağ Universitetinin sentyabr ayının 16-dan fəaliyyətə başlamasından və ölkə təhsilində baş verən nailiyyətlərdən danışıb.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli 2023–2024-cü tədris ilində görülən işlər , “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən layihələrdən, region üzrə şagird və müəllimlərin nailiyyətlərindən, layihələrin əhatə dairəsinin genişləndirilməsindən, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlardan, əmək intizamına nəzarətdən, təhsil müəssisələrinin istilik təminatından və təmir-tikinti ehtiyacları haqqında məlumat verib.

Çıxış edən Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Respublika fənn olimpiadaları, fənn müsabiqələrinə aid reytinq sıralaması, Beynəlxalq qiymətləndirmə, olimpiada və digər müsabiqələr, IV və VI siniflərdə təşkil olunan monitorinq nəticələri haqqında danışıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycanda təhsilə olan dövlət qayğısı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturu, yaradılan şəraitin gənclərimizin vətənpərvər gəncliyinin yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdırıb. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirib. 30 ildən artıq bir zamanda Qarabağ həsrəti çəkən soydaşlarımız artıq öz doğma Qarabağ Universitetində təhsil alacaqlar. RİH-in başçısı Neftçala rayonunda Heydər Əliyev Fondunun dəstəyilə inşa olunan yeni məktəblərdə şagirdlərin dahada uğur qazanacağını və bu gənclərin dövlətimizin gələcəyinə töhfə verəcəyinə inandığını bildirib. RİH-in başçısı qarşıda gələn yeni tədris ili münasibətilə müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb.
Konfransın sonunda xatirə şəkili çəkilib.

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
24
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.