• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

23.05.2024 - 15:01
A A
0
SHARES
2
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Neftçalanın icra başçısı rayonun ucqar kənd sakinlərilə növbəti səyyar görüşünü keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mikayıllı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev-Müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz edən tarixi şəxsiyyət” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun inkişaf etməsində əvəzsiz rolu olan Ulu Öndər Heydər Əliyevin danılmaz xidmətləri, Ulu Öndərin Azərbaycançılıq məfkurəsi və Ulu Öndər siyasətinin indi Prezident cənab İlham Əliyev tərəfindən uğurla aparılması haqqında görüş iştirakçılara məlumat veriblər.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanı məhv olmaq təhlükəsindən qurtaran dahi rəhbər tarixin ən çətin sınaqlı dövründə yenidən xilaskarlıq missiyasının öhdəsindən layiqincə və şərəflə gəldi: “Bu baxımdan, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı milli dövlətçilik tariximizdə həyati əhəmiyyətli dönüş anı, dinamik, davamlı və hərtərəfli inkişafa, milli qürurumuzu özümüzə qaytaran tarixi Zəfərə aparan yolun başlanğıcı hesab edilir. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən kompleks və sistemli islahatlar sayəsində ölkə qarşısında duran tarixi vəzifələr uğurla icra olunub. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi sürətlə inkişaf etməyə başlayıb. Xalqımızın və dövlətimizin bugünkü uğurları, ölkəmizdə hökm sürən dayanıqlı sabitlik və firavanlıq, məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Ümummilli Liderimizin azərbaycançılıq məfkurəsinə sadiqlik və hərtərəfli inkişaf strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan şanlı qələbələrin, möhtəşəm uğurların başlıca amillərindən hesab edilən güclü iqtisadiyyata, müasir orduya, sarsılmaz xalq və iqtidar birliyinə, vətəndaş həmrəyliyinə nail olub”.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.