• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Neftçalanın icra başçısı növbəti səyyar görüş keçirib

21.06.2024 - 10:48
A A
0
SHARES
3
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Qaçaqkənd kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib. ⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qaçaqkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Heydər Əliyev Fondu ölkəmizdə sosial inkişafa mühüm töhfələr verir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Azərbaycanın hərtərəfli inkişafı proseslərində daim yaxından iştirak edərək mühüm xidmətləri ilə seçilən, ictimaiyyətin böyük rəğbət və ehtiramını qazanan Heydər Əliyev Fondunun yaranması, inkişaf yolu və verdiyi töhfələr haqqında geniş məlumat veriblər.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu elm və təhsilin, səhiyyənin inkişafında, milli-mədəni dəyərlər sisteminin qorunması və geniş təbliğində, humanizm prinsiplərinin ictimai həyatda möhkəmlənməsində, mədəniyyətlərarası dialoqun gücləndirilməsində, tolerant dəyərlərin qlobal səviyyədə təbliğində mühüm xidmətləri ilə seçilir. Fondun fəaliyyətində sosial sahənin inkişafına, sosial müdafiə sisteminin gücləndirilməsinə, əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasına, əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına ardıcıl dəstək göstərilməsi xüsusi yer tutur. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin reabilitasiyasına Heydər Əliyev Fondu tərəfindən daim yüksək diqqət və qayğı göstərilir.

RİH-in başçısı Prezident cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun 2024-cü il tarixində təməli qoyulan 315 mkvt gücündə Neftçala Günəş elektrik stansiyası haqqında görüş iştirakçılarını geniş məlumatlandırıb.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
24
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.