Moskvada məşhur ticarət mərkəzində silahlı insident: Ölü sayı 99 nəfərə çatıb – FOTO/VİDEO

Respublikainfo.com xəbər verir ki, Rusiya hakimiyyətə yaxın “Shot” teleqram kanalının məlumatına görə Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 99 nəfərə çatıb.

“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, – kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***03.22.2024. 22.43

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

Respublikainfo.com xəbər verir ki, bu barədə “112” teleqram kanalı bildirib.

***22:20

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Respublikainfo.com xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

***21:47

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib.

Respublikainfo.com Rusiya mediasına istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.

“Baza”nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Digər məlumata görə, 3 nəfər avtomat silahdan atəş açıb.

Bununla yanaşı, binada yanğın qeydə alındığı bildirilir.

 

Baş redaktor: Bünyamin Çingizoğlu 

Respublikainfo.com 

XƏBƏR LENTİ