“Bu gün aqrar sahə ilə məşğul olan fermer və toxumçular böyük ruh yüksəkliyi ilə şanlı tariximizin növbəti qürurlu günlərini yaşayır. Çünki 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri bütün suveren, işğaldan azad edilmiş ərazilərimizi əhatə edəcək. Həm də Zəfər seçkisi olaraq tariximizə yazılacaq bu seçkilərdə Azərbaycan xalqı öz səsini verəcək və yeni tarixə imza atacaq”.
Respublikainfo.com xəbər verir ki ki, bu fikirləri secki-2024.az saytına açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva bildirib.
O xatırladıb ki, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək böyük Zəfər qazanıb.
“Bu gün həmin torpaqlarımızda genişmiqyaslı quruculuq işləri gedir, məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdırlar. Artıq azad edilmiş torpaqlarda kənd təsərrüfatı xarici investorlar üçün mühüm bir sahəyə çevrilib. Digər tərəfdən, bu ərazilərdə məhsuldarlığın artması ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək. Azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı ilə yanaşı, emal sənayesinin də genişləndirilməsi nəticəsində ölkəmiz həm də hazır, emal olunmuş aqrar məhsullar istehsal edə biləcək”, – deyə Mədinə Əliyeva əlavə edib.
Assosiasiya sədri vurğulayıb ki, Azərbaycanda demokratik və ədalətli seçkilərin keçirilməsi sahəsində geniş təcrübə mövcuddur:
“Bütün seçkilər zamanı seçicilərin rahat şəkildə səs verməsi üçün şərait yaradılıb. Bununla yanaşı, ölkəmizdə seçicilərin maarifləndirilməsi və seçkilərdə fəal iştirakının təşviq edilməsi üçün kifayət qədər geniş tədbirlər görülüb”, – deyən Mədinə Əliyeva aqrar sahədə fəaliyyət göstərən seçiciləri də bu tarixi seçkilərdə fəal iştirak etməyə dəvət edib.