Özünü dindar kimi qələmə verən, amma cadugərliklə məşğul olan Rəsul adlı avtomobil təmiri ustası hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib. O, müştərilərindən birinə qarşı dələduzluq etməkdə, külli məbləğdə ziyan vurmaqda ittiham edilir.
Respublikainfo.com xəbər verir ki,
hazırda onun haqqında Xəzər Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Görünür, bu “usta” şeytan əməli sayılan cadugərliklə pul qopartdığı müştərilərinin, necə deyərlər, “dilini-ağzını bağlayırmış”. Deyilənə görə, təmir etdiyi avtomaşının müxtəlif yerlərinə gizli şəkildə qoyduğu cadu, çəkdiyi qurd yağı ilə müştəriyə təsir göstərmək istəyirmiş.