• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Mətin Eynullayev: “2022-ci ildə daşınmaz əmlakın qeydiyyatı üzrə ən yüksək göstərici qeydə alınıb”

24.01.2024 - 16:34
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Ötən illərlə müqayisədə 2022-ci ildə ölkə üzrə daşınmaz əmlakın qeydiyyatı sahəsində ən yüksək göstərici qeydə alınıb.

Respublikainfo.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

“Belə ki, hesabat dövründə 382 319 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. 2021-ci illə müqayisədə 2022-ci ildə daşınmaz əmlak üzərində mülkiyyət hüququn qeydiyyatı 25,2 % artıb”, – M. Eynullayev qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ildə dövlət əmlakları üzrə 3 819 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da 2021-ci illə müqayisədə 2 dəfədən çoxdur.

O, qeyd edib ki, torpaq sahələrinin icarəyə verilməsi sahəsində yeni müqavilələrin sayı 2021-ci illə müqayisədə 3 dəfəyə yaxın artaraq 2 961 təşkil edib:

“Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 24,8 milyon manat vəsait ödənilib. 2021-ci illə müqayisədə bu göstərici 8,6 milyon manat və ya 53 % artıb”.

M. Eynullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində Zaqatala, Şamaxı, Tərtər rayonlarında, cari ilin yanvar ayında isə Ağdam rayonunda səyyar qeydiyyat xidməti göstərilib, vətəndaşın yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq onlara dövlət reyestrindən çıxarışlar verilir.

“35 rayon (şəhər) icra hakimiyyətləri tərəfindən 12 minə yaxın fərdi yaşayış evinin siyahısı təqdim edilib. Siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında 2 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınıb. Bununla yanaşı, dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi 2022-ci il ərzində də davam edib. Bu istiqamətdə 39 minə yaxın müraciət daxil olub, onlardan 32 mindən çoxu icra edilib”, – Dövlət Xidmətinin rəisi qeyd edib.

 

 

BAŞ REDAKTOR: BÜNYAMİN BÜNYADZADƏ 

RESPUBLİKAİNFO.COM 

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.