“Mərcan” toyuqlarının ət məhsulları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa və onda zərərli mikroorqanizmlərin yaranmasının qarşısını alır. “Mərcan” toyuqlarının tam gigiyenik şəraitdə hazırlanır .
Müəssisə rəhbərliyinin məlumatına görə 2012-ci ildə, müasir texnologiyalar əsasında qurulub: “Hazırda burada ayda 750-800 ton toyuq əti istehsal olunur. Məhsullar 65 çeşiddə olmaqla Bakı, Abşeron, Gəncə, Mingəçevir, Göyçay və Bərdədə olan mağazalarda satışa çıxarılır. Daxili bazarda rəqabətə tam davam gətirə bilirik, ölkənin toyuq ətinə olan tələbatının bir hissəsini ödəyirik, eyni zamanda ixracla bağlı planlarımız var. Bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparırıq”.
Məhsullar yerli və beynəlxalq standardlara uyğundur. “Mərcan” brendi halal məhsul istehsalına nəzarət edən və İslam Əmakdaşlıq Təşkilatı tərəfindən bəyənilən yeganə sertifikasiya orqanı olan Malaziya-nın JAKIM təşkilatının verdiyi sertifikata layiq görülüb: “Bu da o deməkdir ki, şirkətin məhsulları MS 15000-2009 standartının tələblərinə tam uyğundur.
Azərbaycanda isə “Mərcan” toyuqlarına Qida Təhlükəsizliyi Agentliyi (QTA) müsbət rəy verib. Müəssisənin məhsulları I katerqoriyaya aiddir, bu isə onun zülallarla zənginliyinə, quşların yetişdirilməsindən hazır məhsulun buraxılmasına kimi istehsalat prosesinə ciddi nəzarət tələb edən QOST 31962-2013 standartına uyğunluğunu sübut edir: “Yəni, “Mərcan” toyuqları QTA-nın tələblərinə tam cavab verir”.
Sağlam qidalanma, islami kəsim
Müəssisədə toyuqlar tam qapalı şəraitdə, bütün sanitar gigiyenik qaydalara əməl olunmaqla saxlanılır, sağlam yolla qidalandırılır, mümkün bütün xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlər görülür, bıçaqla, tam islami qaydalara uyğun kəsilir.
Məhsulların ekoloji təmizliyi bizim üçün çox vacibdir, ona görə də biz tərkibində GMO olmayan yemlərdən istifadə olunmaqla toyuqlar bütün veterinar və sanitar tələblərə uyğun yetişdiririlir. Müvafiq tempreratur, havalandırma, təmiz içməli axar su, lazimi qida və vitaminlər ilə təminata təkcə mütəxəsislər deyil, həmçinin avtomatlaşdırılmış sistemlər də nəzarət edir.
“Mərcan” toyuqları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa və onda zərərli mikroorqanizlərin yaranmasının qarşısını almağa imkan verir, üstəlik toyuqların rəf ömrünün uzanmasına kömək edir. Belə ki, bizim toyuqlar rəfdə 5-7 gün saxlanıla bilər. Başqa üsullardan istifadə etdikdə, bu müddət azalır.
Baş redaktor Bünyamin Bünyadzadə
Respublikainfo.com