• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Dekabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

“Mənsum İbrahimovun arxasında xalqın və dövlətin etimadı dayanır” – Emin Həsənli

“Mənsum İbrahimovun arxasında xalqın və dövlətin etimadı dayanır" - Emin Həsənli

13.09.2025 - 13:31
A A
0
SHARES
13
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Son günlərdə tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinə, sənətinə xalq tərəfindən ehtiram göstərilən şəxslərə qarşı hücumlar başlayıb. Haqsız hücumlara hədəf olanlardan biri də xalq artisti, professor Mənsum İbrahimovdur. 

Bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Birlik sədri hesab edir ki, Mənsum İbrahimov gənc yaşlarından, sənətə ilk addımlarını atdığı vaxtlardan ölkəmizdə və dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük hörmət, ehtiram qazanıb:

“O, bu hörməti öz davranışı, elmi, mədəniyyətli və sənəti, istedadı ilə qazanıb. Muğamımızın az qala unudulduğu ağır illərdə, 90-cı illərdə ona sadiq qalıb, milli opera sahəsində fəaliyyət görsədib, davamlı olaraq çox az əmək haqqı ilə, ağır yaşayış şərtləri altında olmasına baxmayaraq, musiqi sənətinə xidmət edib. Böyük üstadlar Arif Babaev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev həmişə Mənsum İbrahimova hörmət və ehtiramını gizlətməyiblər.

Gənc yaşlarında qatıldığı müsabiqələrin qalibi olub, ona həm ölkəmizdə , həm də dünya miqyasında keçirilən mötəbər tədbirlərdə böyük etimad göstərilib.
Uzun müddətdir ki, opera teatrında çalışır, konservatoriyada gənclərə muğamların sirlərini öyrədir. Hazırda Milli Konservatoriyada kafedra müdiridir.
Xalq artisti Mənsum İbrahimova Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev tərəfindən də həmişə etimad göstərilib. Gənc yaşlarında əməkdar və xalq artisti adlarına layiq görülüb. Prezident tərəfindən əməyi yüksək qiymətləndirilərək, “Şöhrət Ordeni” ilə təltif olunub.

Azərbaycanın Birinci vitse Prezidenti, Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyeva hər zaman onun sənətinə yüksək qiymət verib.
Mənsum İbrahimov hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Mən şahidəm ki, o, davamlı olaraq hərbi hissələrdə konsertlər verib, şahid ailələrinin, qazilərin toy məclislərində, şənliklərində təmənnasız olaraq iştirak edib.

Mənsum İbrahimovun qardaşları birinci Qarabağ müharibəsində döyüşüb. 44 günlük Vətən müharibəsində qardaşı oğlu İsrafil şəhid olub.
Dəyərli xanəndəmiz hazırda “Yaşat” Fondunun müşahidə şurasının üzvüdür.

Mənsum İbrahimova dünyanın hər yerində Azərbaycan muğamını təbliğ edir. Yorulmadan bu istiqamətdə fəaliyyət göstərir. Onun arxasında xalqın və dövlətin etimadı dayanır.

Ona qarşı qarayaxma kampaniyası qəbuledilməzdir. Belə kampaniyalar tək Mənsum İbrahimova qarşı deyil. Zaman-zaman ədəbiyyatımızın nümayəndələrinə və digər mədəniyyət xadinmərinə də bu cür münasibətlər olur.

Milli-mənəvi dəyərləri qoruyan, yaşadan adamlara qarşı belə hücumlar qəbuledilməzdir. Bu insanlara ona görə hücumlar var ki, onlar dövlətə, dövlətçiliyə sadiqdir. Muğamımıza sadiqdir, mədəniyyətimizə sadiqdir, ədəbiyyatımıza sadiqdir.

Bu yaxınlarda Mənsum İbrahimova qarşı “Leyli və Məcnun” tamaşasına görə, guya “gənc Məcnunların qarşısını kəsdiyinə” görə hücumlar təşkil olundu. Amma bu hücumları təşkil edənlər unudur ki, Mənsum İbrahimov yüzdərlərlə gəncin müəllimidir. Unudurlar ki, İlkin Əhmədov, Elmur Zeynolov kimi Məcnunlar yetişdirib.
Bu gün haqqında danışılan muğam müsabiqəsi xalqın gözü qarşısında keçirilir, dövlət televiziyasında yayımlanır. Qiymətləndirmə də xalqın gözü qarşısında olur. Belə bir azad mühitdə keçirilən müsabiqədə tərəfkeşlikdən, ədalətsizlikdən danışmaq yersizdir.

Muğam müsabiqəsinin bir önəmli cəhəti də dünyaya Azərbaycan mədəniyyətini təbilğ etməsi ilə bağlıdır. Dünyanın dörd bir tərəfində bu müsabiqə izlənilir, sevilir. Tək azərbaycanlılar yox, bütün dünya türkləri və Azərbaycan musiqisinin vurğunları bu müsabiqəyə baxır.

Muğam müsabiqələri vasitəsi ilə bu sənətdə yeni bir nəsil yetişib. Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Babək Nüftəliyev, Güllü Muradova, Kamilə Nəbiyeva və onlarla belə gənci qazandırıb muğamımıza bu müsabiqələr.

Əlbəttə, heç bir müsabiqədə yüzdə-yüz insanlar razı qala bilməz. Çünki qalib bir nəfər olur. Yarışa qatılan gənclər hər biri qalib olmaq istəyir. Amma onlar gəncdir, təcrübəsizdir. Hələ muğamı üstadlar qədər bilmirlər. Buna görə də bəzən emosiyalara qapılaraq, xoşagəlməz fikirlər səsləndirirlər. Belə fikirlərin kimlər tərəfindənsə məqsədli şəkildə istifadə olunması isə xoşagəlməz gündəm yaradır. Sonra bu gənclər kimlərinsə əlində alət olduqları üçün peşman olacaqlar. Xalqın gözü tərəzidir. Unutmaq olmaz ki, bu gənclər belə bir  müsabiqəyə qatılan zaman məsuliyyətlərini də dərk etməlidilər

XƏBƏR LENTİ

Seçmə

Psixoloq Nəcibə Hüseynovadan MARAQLI VƏ FƏRQLİ AÇIQLAMA

12 Dekabr 2025
37
Siyasət

Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycan dövlətinin hər bir sahəsində yaşayır

12 Dekabr 2025
12
Sağlamlıq

PSİXOLOQDAN MARAQLI AÇIQLAMA – Yağışlı hava insan psixologiyasına necə təsir edir?

12 Dekabr 2025
34
Sağlamlıq

DİQQƏT! PSİXOLOQ ŞURA HEYDƏROVADAN ÖNƏMLİ AÇIQLAMA

02 Dekabr 2025
114
Cəmiyyət

“Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib

28 Noyabr 2025
12
Sosial

Neftçalanın icra başçısı səyyar görüşlər keçirib

28 Noyabr 2025
14

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.