İrsi qan xəstəliyindən əziyyət çəkən insalara və ümumilikdə qan donorluğunun inkişafına mütamadi olaraq göstərilən xüsusi diqqət və qayğıya görə, Azərbaycan Toxumçular Assosiasiyasının sədri, AgroStar şirkətinin Baş Direktoru Mədinə Əliyeva Azərbaycan Qon Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti tərəfinfən Fəxri Üzv seçilib.
Qeyd edək ki, bu günə kimi Milli Məclis sədrinin müavini Adil Əliyev, rəssam-modelyer, parfümer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, xalq artisti Alim Qasımov, millət vəkilləri, tanınmış ictimai xadimlər Azərbaycan Qon Donorluğunun İnkişafı Mərkəzi tərəfindən Fəxri Üzv seçiliblər.
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com