Respublikainfo.com dəyərli siyasət və fikir adamı ANAR ƏSƏDLİNİN növbəti yazısını təqdim edir:
Biz hər zaman ölkənin gələcəyinə ümidlə baxdığımızı deyərkən xüsusilə yeni gələn nəsildən söz açırıq. Bu yeni nəsil təbii ki, bütün sahələrdə istedad və yenilik gətirə bilirsə bu bizim millət olaraq çox böyük uğurumuzdur.
Özəlliklə musiqi, kino, ədəbiyyat qısacası mədəniyyət sahəsində.
Bəzən heç bir siyasətçinin verə bilmədiyi mesajlar bir musiqidə o qədər sadə şəkildə insanımıza çatdırılır ki, gerçəklər bir anda beyinlərə həkk olunur.
Məmləkət kültür və ədalət üzərində inşa olunur!
Bu gənc ifaçımıza təşəkkürlər.
Yeni bir istedad, yeni bir ulduzdur Miro.
Hər daim başarılar Məhəmməd İsgəndərov!
Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb
Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb
Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb
Bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür…
Respublikainfo.com Media Qrupun baş redaktoru: Bünyamin Bünyadzadə