Respublikainfo.com Media Qrupu, “Global Selfcare” şirkətinin CEO-su Sərxan Məmmədovun Referans Media – ya müsahibəsini sizə təqdim edir:
– Sərxan müəllim, Azərbaycanda uşaq bezi bazarı son illər sürətlə dəyişir. Yeni brendlər… Daha uyğun qiymət… Sizcə, əsas dəyişikliklər və tendensiyalar nələrdir?
– Son illərdə Azərbaycanda valideynlərin məhsul seçiminə yanaşması dəyişib. Artıq analar və atalar yalnız qiymətə deyil, keyfiyyətə, xüsusilə də gigiyena və rahatlığa diqqət yetirirlər. Uşaq bezləri bazarında əvvəllər bir neçə beynəlxalq brend üstünlük təşkil edirdisə, indi valideynlər həm keyfiyyəti, həm də büdcəyə uyğunluğu ön planda saxlayırlar.
– “Lody” bizim qürur layihəmizdir. Türkiyədə istehsal olunur, ən müasir italyan texnologiyası ilə hazırlanır. Ən önəmli üstünlüyü isə 3 kanallı soruculuq sistemidir – bu, körpənin dərisini quru saxlayır və bezin daha uzun müddət rahat istifadə edilməsini təmin edir.
– Bəli, dünyada bu seqmentdə cəmi iki böyük brend var və biz məhz onların texnologiyasına yaxın bir məhsul hazırlatmışıq. Keyfiyyət baxımından biz eyni səviyyədəyik, lakin qiymət baxımından Azərbaycan ailələrinin büdcəsinə daha uyğunuq. Bu da bizi bazarda daha rəqabətli edir.
– Əlbəttə. Bizim əsas məqsədimiz odur ki, Azərbaycan valideynləri keyfiyyətdən güzəşt etmədən, münasib qiymətə ən yaxşı bezlərdən istifadə etsin. “Lody” bu balansı təmin edir.
– İlk hədəfimiz Azərbaycan bazarında güclənməkdir. Regionlarda distribusiya şəbəkəmizi genişləndirərərk xalqımızın hər bir yeni doğulan uşağına xidmət planımız var. “Lody”ni yalnız bir məhsul kimi deyil, valideynlər üçün etibarlı tərəfdaş kimi görürük.
– Bizim üçün ən vacib məsələ yalnız bazarda rəqabət aparmaq deyil, həm də sosial məsuliyyətimizi yerinə yetirməkdir. Xalqımızın gələcəyi olan uşaqların sağlamlığının qeydinə qalmaq şirkətimizin əsas məqsədidir. Bu məqsədlə daim texnologiyaya, keyfiyyətə və valideynlərin etimadına sadiq qalacağıq.