Respublikainfo.com xəbər verir ki, millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın Milli Məclisin 7 iyun tarixli növbədənkənar sessiyasının iclasında 2024-cü il dövlət büdcəsinin icrası və 2024-cü il dövlət büdcəsinin dürüstləşməsi ilə bağlı aparılan müzakirələr zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı müraciətin mətni:
Bu uğurlarla fəxr edirik və ölkə rəhbərinə sonsuz minnətdarlığımızı ifadə edirik.
Eyni zamanda hökümətimizə, büdcə müzakirələri və Nazirlər Kabinetinin hesabatları zamanı səsləndirdiyimiz təkliflərin və o cümlədən yazılı müraciətlərimizin bir qismini nəzərə alaraq müsbət həll etdikləri üçün seçicilərimiz adından təşəkkürlərimi çatdıraraq, deputatı olduğum Zərdab və Ucar rayonları üzrə 2023-cü ildə görülən işlərə diqqət çəkmək istəyirəm.
1. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan regionların sosial-iqtisadi inkişafı planı çərçivəsində həyata keçirilən qazlaşdırma işlərinin Zərdab rayonunda, o cümlədən rayonun Gəndəbil, Ağabağı və Alıcanlı ( Cüleyxanlı ) kəndlərində
sürətləndirilməsi və başa çatdırılması üçün etdiyimiz müraciət müsbət həllini tapıb və nəticədə həmin kəndlər də qazlaşdırılaraq, rayonun bütün ərazisi üzrə kəndlərin qazlaşdırılması işi tamamlanıb.
2. Rayonun Gəndəbil, Şıxbağı, Nəzəralı və Ağabağı kəndlərini magistral yola bağlayan ana yol əsaslı təmir olunaraq ötən il istifadəyə verilib.
3. Zərdab rayonunun Şəftəxal, Mehdililər, Aşağı Seyidlər, Gəlmə kəndlərinin və ümumilikdə rayon üzrə zəif olan internet xəttinin yenisi ilə əvəzlənməsi, eyni zamanda bu işlərin sürətləndirilməsi ilə bağlı daha əvvəlki illərdə etdiyimiz müraciət qısa müddətdə müsbət həllini tapıb. Belə ki, bundan iki il əvvəl ilk növbədə həmin kəndlərdə, daha sonra isə digər kəndlərdə yeni müasir standartlı internet şəbəkəsi qurulub. İnternetləşmə işlərinin 2024-cü ilin iyun ayında rayon ərazisi üzrə tamamilə başa çatması nəzərdə tutulub.
4. Rayonun əsaslı təmirə və tikintiyə ehtiyacı olan kənd məktəbləri ilə bağlı təqdim etdiyimiz siyahıda adı keçən məktəblərin bir qismi nəzərə alınıb. Belə ki, Bıçaqçı kənd tam orta məktəbinin əsaslı təmir layihələri hazırlanıb, 2023-cü ilin sonunda isə Dəliquşçu kənd orta məktəbinin tikintisinə başlanılıb.
5. Ümumi uzunluğu 24,5 km təşkil edən Ucar-Zərdab-Ağcabədi magistral yolunu rayonun Məlikumudlu, Məmmədqasımlı, Məlikli, Burunlu və Qoruqbağı kəndləri ilə birləşdirən avtomobil yollarında əsaslı təmir işlərinin aparılmasının vacibliyi ilə bağlı müraciətimiz də nəzərə alınıb və təmir işlərinin 2024-cü ildə aparılması nəzərdə tutulub.
6. Zərdab rayonunun Çallı, Məlikumudlu, Qoşaoba və Təzəkənd kəndlərinin əkinə yararlı torpaqlarının su təminatındakı problemləri aradan qaldırmaq üçün etdiyimiz müraciət müsbət həllini taparaq Alıcanlı -1 nasos stansiyasında köhnə nasos yenisi ilə əvəz olunub və digər nasoslar carı təmir edilib.
7. Şahhüşeynli kəndinin su təchizatının yaxşılaşdırılması ilə bağlı müraciətimiz də həllini tapıb, 834 ha əkin sahəsini su ilə təmin edən boru kəmərinin və beton kanalın tikintisinə başlanılıb və hazırda tikinti işləri davam edir.
8. Zərdab rayon Mərkəzi Stadionunun əsaslı təmirə ehtiyacı olduğuna dair daha əvvəlki illərdə davamlı olaraq etdiyimiz müraciət də ötən il müsbət qarşılanıb və 2024- cü ildə rayon mərkəzi stadionun əsaslı təmiri nəzərdə tutulub.
9.Ucar rayonunun deputatı olduğum Lək kəndinin 750 ha pay torpaqlarının suvarma suyu ilə təmin olunmasını yaxşılaşdırmaq məqsədi ilə etdiyimiz müraciət də müsbət cavablandırılıb və Göyçay çayı üzərində yerləşən dizel su nasosu elektrik su nasosu ilə əvəzlənib.
Bütün bu görülən işlər üçün başda Prezident İlham Əliyev olmaqla, hökümətimizə bir daha təşəkkür edir, eyni zamanda Zərdab və Ucar rayonları üzrə bir-neçə dəfə səsləndirdiyimiz həllini gözləyən digər məsələləri də bir daha Nazirlər Kabinetinin diqqətinə çatdırmaq istəyirəm.
1. Zərdab rayonunda tikintisi 2011-ci ildə başlayan, 13 km-lik məsafəsi çəkildikdən sonra naməlum səbəblərlə 2012-ci ildə yarımçıq qalan kanalızasiya sistemində işlərin davam etdirilməsi;
2. Türyançayda su qıtlığı ilə əlaqədar əvvəllər mövcud olmuş ÇTZ kanalınını 21 km məsafədə bərpası. Bu zaman su qıtlığı dövründə həmin kanal vasitəsilə əlavə olaraq Türyançayı Kür suyu ilə təmin etmək olar;
3. Rayonun Çallı Məlikumudlu , Qoşaoba və Təzəkənd kəndlərinin əkin sahələrinin su təminatı üçün Qizlıq kanalının əsaslı təmiri;
4. Zərdab rayonunun Məlikumudlu, Şahhüseynli, Dəlıquşçu, Xanməmmədlı, Məmmədqasımlı, Bıçaqçı, Məlikli, Sarıqaya kənd yollarını mərkəzi yolla birləşdirən hissəsinin əsaslı təmiri. Doğrudur, bir az əvvəl səsləndirdik ki, həmin yolun çəkilişi 2023-cü ilin planına salınıb. Lakin artıq 2024-cü ilin ilk yarım ili keçsə də, hələlik təmir-tikinti işləri başlanmayıb;
5. Rayonun Şəftəhal, Bəyimli, Məlikli, Əlibəyli kənd orta məktəbləri üçün yenı bunanın tikintisi (Şəftəhal və Bəyimli məktəbləri plana salınsa da işlərə hələ başlanmayıb )
6. Rayonun Körpükənd, Gəlmə, Gəndəbil, Şahhüseynli, Gödəkqobu, Məmmədqasımlı kənd orta məktəblərinin əsaslı təmiri;
7. Bir az əvvəl qeyd etdik ki, rayon mərkəzi Stadionunun əsaslı təmirinə köməklik göstərilməsi üçün etdiyimiz çoxsaylı müraciətlər həllini tapıb və Mərkəzi stadionun 2024-cü ildə tikintisi plana salınıb. Lakin hələlik bununla bağlı olaraq rayonda heç bir iş başlamayıb;
8. Qəzalı vəziyyətdə olan Zərdab rayon Məlikli və Körpükənd kənd xəstəxanaları üçün yeni binaların tikintisi;
9. Şəhid ailələri və Qarabağ əlilləri üçün 36 mənzilli binanın tikintisi;
10. Rayonun mədəniyyət evinin əsaslı təmiri;
11. Qəzalı vəziyyətdə olan tarix- diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisi;
12. Ucar rayonunun Xələc , Lək və Bərgüşad kəndlərunin əkin sahələrinin suvarılmaslnda olan problemlər;
13. Lək kənd mədəniyyət evinin əsaslı təmiri;
14. Bərgüşad kəndində yeni mədəniyyət evinin tikintisi.
Sonda layihələrə səs verəcəyimi bildirir və bütün deputat həmkarlarımı səsverməyə dəvət edirəm.”
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com