Respublikainfo.com Media Qrupu ANAR ƏSƏDLİNİN növbəti yazısını təqdim edir:
Vətəndaş məmnunluğu…
İşini vicdanla yerinə yetirən jurnalistlərimizdən bir ricam var: Bakı şəhəri meri Eldar Əzizovdan vəzifəsini yerinə yetirərkən vətəndaş məmnunluğu haqqında düşüncəsinin necə olduğunu soruşsunlar.
İllərdir bütün çıxışlarımızda, yazılarımızda Sovetin rayon partiya komitələrinin prototipi olan icra hakimiyyətlərinin ləğv olunmasını vurğulayıram. Bölgələrdə təyin olunmuş icra hakimiyyətləri yox, xalqın yerli idarəetmə sistemi mövcud olsaydı yəni bələdiyyə seçkiləri ilə seçilmiş şəxslərin idarəçiliyi baş tutsaydı bugünki bu biabırçılığı və faciəni yaşamazdıq. Bu gün rəhmətə gedən iki vətəndaşımıza Allahdan rəhmət diləyirəm.
Müasir çağın inkişaf etmiş ölkələrində idarəetmədə əsas ağırlıq mərkəzi orqanların öhdəsindən alınır və yerli özünüidarəetmə orqanlarına verilir. Lakin bu proses güclü yerli icma təəsübkeşliyi olan millətlərin dövlətlərində müvəffəqiyyət qazanıb. Əfsuslar olsun ki, biz bir xalq olaraq yerli icma həmrəyliyi məsələsində elə də uğur qazanmamışıq. Buna baxmayaraq, bəzi nümunələrdən örnək alaraq yeni addımlar atmaq vacibdir.
Xalqın hər zümrəsinin şəhər idarəetməsində təmsilçiliyi ənənəsinin yaradılması həyata keçməyincə bugünki mənzərəni daha ağır formada yaşamalı olacağıq.
İcra hakimiyyətləri həmişə cəmiyyətlə aralarında uçurum yaradırlar, özü də dərin uçurum. Çünki seçki ilə gəlmirlər, təyinatla gəlirlər. Yerli idarəetmədə Xalq səni özü seçmirsə, xalqın ayrı-ayrı fərdlərinin səsi eşidilmir, onların düşüncəsi dinlənilmir, istəkləri nəzərə alınmır və bu da xalqı heçə sayan məmurlar ordusunun formalaşmasına gətirib çıxararaq uçurumu daha da dərinləşdirir.
Savaşdan sonra aparılacaq əsas işlərdən birinin səlahiyyətləri artırılmış güclü bələdiyyə institutunun formaladırmaq olduğunu hər fürsətdə söylədik, amma nə faydası.
Xalq yerli idarəetmə sistemində təmsil olunmalıdır. Bunu həyata keçirmək qaçınılmaz prosesdir.
Bir çox parametrlərə görə bələdiyyələrin inkişaf etməsi nəticədə insanlarda yerli idarəetməyə meyli gücləndirəcək və bir çox məsələ elə yerlərdə həll olunacaq dedik, amma dinlənilmədik. Çünki…