Bu gün aktual olan hüquqi mövzulardan biri də alimentin tutulması xüsusiyyətləri ilə bağlıdır. İş yeri, qazancı və gəliri olmayan valideyndən aliment tutula bilərmi?
Respublikainfo.com xəbər verir ki, Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Elşanə Vəliyeva məsələyə aydınlıq gətirib.
Hakimin sözlərinə görə, alimentin məbləği 2024-cü il üçün minimum 235 manat müəyyən edilib. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olub-olmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır”, – E.Vəliyeva bildirib.
Hakim Vəliyeva qeyd edib ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur:
“Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər”.
