Respublikainfo.com Media Qrupu Anar Əsədlinin yazısını təqdim edir:
1996-cı il avqustun 31-də Səddam Hüseynin tabeliyindəki ordu birləşmələri Məsud Bərzaninin rəhbərliyindəki silahlı qruplarla birlikdə Ərbil şəhərinə hücum edərək, türklərin evlərinə basqın edib.
Onlarla günahsız, mülki Ərbil türkü evlərindən zorla çıxarılaraq, naməlum istiqamətə aparılıb. Türklərin evləri qarət olunub, yandırılıb, etiraz edənlərin bir qismi elə oradaca qətlə yetirilib.
Səddam və Bərzaninin silahlı birləşmələri şəhərdə dövlət qurumlarına, siyasi partiya binalarına, müxtəlif təşkilatların ofislərinə də hücum edib, qadın, uşaq, yaşlı fərqi qoymadan çox sayda mülki şəxsi öldürüb.
İraqın müxtəlif bölgələrində türklərin siyasi, mədəni, sosial mövcudluğuna son qoyulması məqsədi ilə törədilən bu bəşəri cinayət zamanı 48 Ərbil türkü məhkəmə hökmü olmadan edam edilib.
Osmanlı İmperatorluğu dönəmindən sonra Iraq Türkləri 1924, 1946, 1959, 1996 və 2003-cü illərdə xüsusi amansızlıqla soyqırım və qətliamlara məruz qalmışlardır.
Qədim Türk yurdu Ərbil şəhərində elə türklərə qarşı olan soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Bu soyqırımları yazıb, paylaşıb gənclərimizi bilgiləndirmək çox vacibdir. Gənclərimiz Türk millətinin tarixini oxumalı,araşdırmalı və gələcək münasibətlər sistemini qurarkən tarixi bilgiləri dəqiq bilməlidirlər.
Türk dünyası ölkələrinin isə azsaylı və dövləti olmayan Türk xalqlarına daha çox diqqət ayırmaları gərəkdiyini bu istiqamətdə fəaliyyətlərin və münasibətlərin daha da effektiv səviyyəyə gətirilməsi üçün lazımi addımlar atılmasını vacib hesab edirəm.
P.S. İraq Türkman Cəbhəsinin Ankaradakı iqamətgahında Türkmən Liderlərlə çox dəyərli Turhan Ketene və Mehmet Tütünçü bəylərlə elə bu mövzuları danışarkən: