• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
14 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

İraq-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir

25.11.2023 - 11:02
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri, ölkələrimiz arasında olan qədim tarixi bağlılığa malik münasibətlərin tam yeni məcrada inkişifafına böyük stimul verəcəkdir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan və İraq Respublikaları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin tarixi çox qədim dövrlərə gedib çıxır. Belə ki, bu münasibətlər Azərbaycanın Sovetlər birliyinin tərkibində olduğu dönəmlərdə də kəsilməmiş və inkişaf dinamikası yüksələn xətt üzrə davam etmişdir. Bir faktı xüsusi vurğulayaq ki, hələ Sovet İttifaqı dövründə İraqın Bakıda konsulluğu fəaliyyət göstərirdi. Məhz bu fakt onu deməyə əsas verir ki, Azərbaycan və İraq Respublikaları arasında olan münasibətlər hər zaman qarşılıqlı əməkdaşlıq şəraitində qurulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatımızın bütün sahələrində olduğu kimi beynəlxalq münasibətlər sistemində də müəyyən geriləmələr müşahidə olunmaqda idi. Əlbəttə ki, mövcud vəziyyətin dağınıq halda olması İraq-Azərbaycan münasibətlərinə də siraət etməyə bilməzdi. Amma sonralar bu əlaqələr getdikcə inkişaf etməyə, qarşılıqlı əməkdaşlığın daha sıx tellər üzərindən qurulmasına gətirib çıxardı. İraq Respublikası İslam Əməkdaşlıq Təşkilatına, istər rəhbərlik etdiyi, istərsə də üzv olduğu dövrlərdə daim Azərbaycanın haqq işinə dəstək verib.

Bu dövlət Ermənistanın Azərbaycanın torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlamasını hər zaman qınayıb. Bütün bunlar hər iki dövlətin qarşılıqlı əməkdaşlıq şəraitində birgə münasibətlərinin qurulmasına və inkişaf etməsinə daim təkan verən amillərdən olmuşdur. Erməni vandalları Qarabağda islam dininə məxsus abidələri məhv edərkən, dünyaya haqq-ədalət çarçısı kimi özlərini “sırıyanlar” sakit duranda, İraq bu məsələdə sakit durmadı və Azərbaycanın belə bir terrora məruz qalmasını şiddətli tərzdə pislədi. Bir məsələni də qeyd etməliyik ki, İraq Respublikasında hakimiyyət dəyişikliyi və dövlət idarəçiliyinə daha demokratik qüvvələrin gəlməsi ölkəmizlə olan əlaqələrin daha möhkəm təməllər və səmimi ortamda qurulmasına təkan verdi. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ilk dəfə olaraq Prezident kimi Azərbaycana səfəri bir daha sübut edir ki, bu gün İraq Azərbaycanla qarşılıqlı əməşdaşlığın inkişafında maraqlıdır. Əlbəttə, bütün bu münasibətlərin qurulmasında Azərbaycan tərəfi də maraqlıdır. Bu gün Azərbaycan təkcə region dövlətləri ilə deyil, bütün dünya miqyasında bizimlə əməkdaşlıq etmək istəyən istənilən dövlətlə qarşılıqlı əməşdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə hazırdır. Bu gün ölkələrimiz arasında mövcud münasibətlər təkcə iqtisadi sahədə deyil, həm də ictimai həyatımızın bütün sahələrində inkişaf etməkdədir. Əminliklə deyə bilərik ki, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri zamanı imzalanmış ikitərəfli saziş və müqavilələr hər iki dövlət arasında mövcud olan münasibətlərin daha da möhkəmləndirilməsinə təkan verəcəkdir.

Əbülfəz Ağayev;
Neftçala rayon ağsaqqalı

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.