• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

İranda dini liderin qətli: Riqininin ölüm fərmanını kim verib? – ŞƏRH

14.12.2022 - 17:40
A A
0
SHARES
3
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

“Şübhəsiz ki, onun qətli xüsusi olaraq hazırlanmış icraatdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Tehran rejimini son etiraz aksiyalarına görə sərt tənqid edən, bəlucların milli hüquqlarının pozulduğunu bildirən sünni din xadimi Mövləvi Əbdülvahid Riqininin dekabrın 9-da oğurlanaraq qətlə yetirilməsi haqqında fikirlərini bölüşən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlu Riqininin qətlinin xüsusi hazırlanmış icraat olduğunu qeyd edib:

“İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi isə bəlucların dini lideri Riqininin qətli ilə bağlı başsağlığı yayımlayıb.

Bizim internet portallarımız və qəzetlərimiz isə mətni düzgün tərcümə etməyiblər, nəticədə mətndə qətlin “rus muzdluları” tərəfindən həyata keçirildiyinin yer aldığı barədə informasiya gedib və hətta buna “ekspertlərimiz” münasibət bildirib. Əslində, bəyanatda fars dilində “qatelan rusiyahənd” (yəni, “qatillər üzüqaradırlar”) ifadəsi işlənib, yəni burada rus muzdlularından söhbət getmir. Həm həmkarlarımızdan, həm də çox hörmətli ekspertlərimizdən Yaxın Şərq, xüsusilə İranla bağlı məsələlərə münasibət bildirərkən diqqətli olmalarını xahiş edirəm.

Vurğulamaq istərdim ki, Riqini yalnız Sistan-Bəlucistan əyalətində deyil, ümumiyyətlə, İran əhli-sünnüicameəsində böyük nüfuza malik din xadimi idi. Şübhəsiz ki, onun qətli xüsusi olaraq hazırlanmış icraatdır. Burada iki əsas versiyanın hər ikisi mümkün hesab edilə bilər:

Birinci, qətli Tehran rejiminə bağlı qüvvələr həyata keçirib. Məqsəd sünni icmasını, xüsusilə də bəlucları lidersiz qoymaq, hərəkatı zəiflətmək, hətta hərəkatda önə çıxan digər liderlərin gözlərini qorxutmaqdır;

İkinci, qətli prosesin daha kəskin qarşıdurmaya keçməsində maraqlı olan xarici xüsusi xidmət orqanları həyata keçirib. Məqsəd qisasçılıq hissləri üzərində qarşıdurmanı daha da körükləmək, sünni icmasının mübarizəsini daha da stimullaşdırmaqdır.

Səbəbin hansı olmasından asılı olmayaraq, Riqininin qətli ciddi nəticələrə səbəb ola bilər”.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
35
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.