• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

İran tarixən Cənubi Qafqaz da öz təsirini artırmağa çalışıb

04.10.2024 - 11:58
A A
0
SHARES
63
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu növbəti siyasi məqaləni təqdim edir:

 

İranın Cənubi Qafqaz siyasəti
SSRİ dağıldıqdan sonra İran Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləməyə başladı.Sovetlər Birliyinin dağılmasıyla birlikdə Cənub Qafqazda üç yeni dövlət; Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları ortaya çıxmışdır.

Bölgə üçün mübarizə aparan güclər, bəzən bunları ayrı-ayrı götürərək aralarındakı problemlərdən faydalanmağa çalışmış, bəzən Cənubi Qafqazı bir bütün olaraq görüb, bu istiqamətdə strategiyalar müəyyənləşdirmiş və tətbiq etməyə çalışmışdır. Cənubi Qafqaz regionu, strateji coğrafi mövqeyi, zəngin enerji resursları ilə beynəlxalq münasibətlərdə əhəmiyyətli bir yer tutur.

Cənubi Qafqaz bölgəsi ümumlikdə ABŞ başda olmaqla Qərb dünyası, Rusiya, Türkiyə, İran, Çin, Yaponiya və digər dövlətlər üçün onların strateji məqsədləri istiqamətində böyük əhəmiyyət daşımaqdadır.

İran tarixən Cənubi Qafqazda öz təsirini artırmağa çalışı.  Bu da onun regionda maraqlarını qorumaq və iqtisadiyyatını gücləndirmək məqsədini güdür.

15 ölkə ilə həmsərhəd və qonşu olduğu üçün özünün strateji mövqeyini, daxili və xarici,eləcə də sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə çevik, fəal ehtiyatlı xarici siyasət yürüdür.

Cənubi Qafqazda böyük maraqlara malik olmaq uğrunda mübarizə aparan Tehran bölgədə öz xarici siyasətinin perspektivlərini müəyyənləşdirərkən Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan Respublikası ilə münasibətlərinə xüsusi önəm verirdi. Cənubi Qafqaz, İran üçün “həm risklər, həm də fürsətlər sahəsi” kimi diqqəti cəlb edirdi.

Təsadüfi deyil ki, Tehran öz milli təhlükəsizliyi baxımından Cənubi Qafqazda mövcud problemlərin həllində vasitəçilik missiyası göstərmək təşəbbüsü ilə dəfələrlə çıxış etmişdi.Lakin böyük dövlətlərin müqaviməti ilə üzləşən İranın bu cəhdləri uğursuzluqla bitmişdi.

Bununla belə, İran həm Azərbaycanda, həm Ermənistan, həm də Gürcüstanda da cərəyan edən hadisələri diqqətlə izləyir və Cənubi Qafqaza özünün milli maraqlarına daxil olan zona kimi baxırdı. Eyni zamanda, Tehran Qərblə Şərqi birləsdirən nəqliyyat dəhlizinə çox maraq və həssaslıqla yanaşırdı.

Tehran yaxşı başa düşür ki, Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq və səmərəli münasibətlər qurmadan Cənubi Qafqazda uğurlu siyasət yeritmək mümkün deyil. Müstəqil Azərbaycan Respublikası İranla bağlı siyasətində həmişə həm imzaladığı sənədlərdə etibarlı tərəfdaş olmuş, həm də mehriban qonşuluq siyasəti yürütmüşdür.

Lakin İran Cənubi Qafqazda digər böyuk güclərlə, xüsusən Türkiyə və Rusiyayla rəqabət aparır. Bu rəqabət siyasi iqtisadi və təhlükəsizlik baxımından öznü göstərir. İran bölgədəki münaqişələrdən(məsələn,Azərbaycan – Ermənistan) istifadə edərək təsirini artırmağa çalışır.44 günlük İkinci Qarabağ müharibəsi və Rusiyanın Ukraynanı işğalından sonra Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi şərait İranı ciddi şəkildə narahat edir.

 

Türkiyənin regionda güclənməsi, İsrail və Azərbaycan arasında dərinləşən əlaqələr, ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməsi və Zəngəzur koridoru başda olmaqla bir çox məsələlərdə İranın kənara sıxışdırılması ölkənin siyasi elitasının Cənubi Qafqazla bağlı yeni siyasət axtarışına çıxmasına səbəb olur.Cənubi Qafqazda İran üçün ən əsas təhlükə İsrailin regionun təhlükəsizlikarxitekturasının bir parçasına çevrilməsi və İran üzərində şimaldan gələn İsrail təhlükəsidir.

İran Ermənistanı Azərbaycana qarşı dəstəkləməklə rəsmi Bakını təzyiq altında saxlamaq və hələ də Cənubi Qafqazda oyunçu olduğunu nümayiş etdirməyə çalışır. Ancaq nəzərə almaq lazımdır ki, İranın Ermənistan üzərində olan təsir gücünü sərhədləyən bir çox amillər mövcuddur və uzun müddətdə İranın bu strategiyasının uğurlu olma ehtimalı yüksək deyil.

Məhz bu səbəbdən İran, Azərbaycan ilə diplomatik kanalları qorumağa, və yaxud yenidən yaratmağa, çalışır və rəsmi Bakının İrandan tam üz çevirməsinə mane olmağa çalışır.Analtik təhlil. İİR münaqişələrdən istifadə edərək Cənubi Qafqazı öz təsiri altında saxlamaqa çalışır və öz milli maraqlarının qorunması məqsədini güdür.

İran İslam Respublikası Cənubi Qafqazda yürüttüyü siyasət, bu siyasətin əsas motivləri və təsirləri, regiondakı münaqişələr və.s İranın strateji məqsədləri ile birləşərək Cənubi Qafqazın gələcəyinə təsir edən amillərdən biridir.Gələcək də İranın bu siyasətinin necə inkişaf edəcəyini proqnazlaşdırmaq çətin ola bilər.

 

Əskərova Şərəfnaz
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
23
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.