• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

İRAN, ANQLOSAKSLAR VƏ İSRAİL… Mirzə Rəşad Orbey yazır…

15.04.2024 - 4:11
A A
0
SHARES
16
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Bir dəfə lap çoxdan yazmışam, ziyanı yoxdur, yenə də yazım: qonşu İran İslam Respublikası artıq 30 ildən çoxdur ki, yaxın Şərqdə adətən nə eləmək istədiyi bəlli olmayan, hansı geosiyasi, hərbi-siyasi plan-proqrama məxsus olduğu müəyyənləşdirilə bilinməyən ərköyün İsrail dövlətini kontrolda saxlamaqdan ötrü ABŞ-Britaniya tandeminin əlində regional təhdid alətinə çevrilib.

Müxtəlif sahələr üzrə aralarındakı bütün ziddiyyətlərə və münasibətlərdəki kövrək ehtiyatlılığa baxmayaraq, belə bir əməkdaşlıq tarixən mövcud olub. Bəlkə də təəccübdən gözləriniz bərələcək, amma əmin olun ki, müəyyən iqtisadi və siyasi dividentlər müqabilində fars-molla rejiminin anqlosakslarla gizli işbirliyi içində olma ehtimalı çox yüksəkdir.

Təsadüfi deyil ki, hələ ABŞ ordusu Əfqanıstanda müharibə aparanda, ona məxsus “F-16” və “Tomoqavk” qırıcı-bombardmançıları fərqli vaxtlarda məhz İran ərazisində yanacaqla təmin olunub, eyni zamanda İran ərazisindəki gizli aerodromlardan havaya qalxıb. Məlumatlı kimsələrə sirr deyil ki, uzun illərdir embarqo və sanksiyalar altında “əzilən” İranın nefti ucuz qiymətə ərəb ölkəsi Omanın bayrağı altındakı tankerlərlə amerikanlara və ingilislərə bu gün də daşınmaqdadır.

Yəni islam ölkəsi ilə anqlosakslar arasında (ali kürsülərdən bir-birini düşmən elan etmələri kimsəni aldatmasın) belə strateji məxfi işbirlikləri zaman-zaman mövcud olub, hələ indən belə də olacağı kimsəyə sirr deyil.

İşin ən incə tərəfi isə budur ki, Orta Şərqdə güclü İsrail dövlətinin mövcudluğu da, bu səfər, həm ərəbləri, həm də şiə-İranını daim təhdid, qorxu, gərginlik altında saxlamağa xidmət edir və yəhudilər anqlosaksların bu mənada etibar elədiyi proksi-güc rolunu hələlik pis oynamır.

Amma İsrailin kiçik bir dövlət kimi son vaxtlar şuluqluq etdiyi də aşkardır. Dirijor anqloskaslar isə proseslərin nəzarətdən çıxma ehtimalı ilə əlaqədar çox əndişəlidirlər.

Elə buna görə də…

…məndə belə bir qənaət möhkəmlənir ki, İsrailin son vaxtlar özbaşına hərəkətləri, Qəzzada çox amansız və ağır gedən bir müharibə, 40 minə yaxın insan itkisi, dəhşətli dağıntılar və bölgədəki humanitar böhranın fəlakət həddinə qədər inkişaf etməsi, eləcə də Yaxın Şərqin, hətta ona aid dənizlərin və boğazların az qala döyüş meydanına çevrilməsi Anqlosaksları da boğaza yığıb, hətta onların bir çox geosiyasi və geoiqtisadi planda layihələrini təhlükə altında qoyub.

Çünki İsrail-Qəzza müharibəsini fürsət bilən İran və Rusiya indi bölgədə proksi-savaşları dəstəkləməklə məşğuldurlar, terroru maliyyələşdirməklə Qərbin bölgədəki narahatlığını artırırlar. Bu isə qlobal ticarətin şah damarı hesab olunan mühüm lojistik dəniz yollarında təhlükəsizlik problemlərini artırıb.

Dəniz yolları son 75 ildə hələ bu qədər təhlükəli olmamışdı. Son vaxtlar yüklə dolu nə qədər gəmi dəniz quldurlarının, terrorçu qrupların, radikal silahlı qruplaşmaların əlinə keçib, neçəsi dənizdə batırılıb.
Bunun nəticəsidir ki, qlobal gəmi şirkətləri yükləri Afrika qitəsini dövrə vurmaqla reallaşdırmaq məcburiyyətində qalıb. Qlobal tədarük zəncirlərində qırılma nöqtələri və ləngimələr istər-istəməz dünya iqtisadiyyatında yeni problemlər əmələ gətirir. Bahalaşma və inflyasiya bu kimi olaylardan sonra daha çox at belinə çıxır.

Belə bir vəziyyət isə ABŞ və Britaniyanın, eləcə də Avropa ölkələrinin, hətta qardaş Türkiyənin makro-iqtisadi göstəricilərinə, inflyasiyaya, sosial-iqtisadi vəziyyətə də mənfi təsirlər göstərməkdədir. Qızılın qiymətində hər keçən dövr müşahidə olunan artımlar təsadüfi deyil..

Ümumiyyətlə başa düşmək lazımdır ki, Hind Okeanı, İran, Fars Körfəzi, Hörmüz boğazı, Ərəbistan Yarımadası, bütövlükdə Yaxın Şərq, Aralıq dənizi, burada mövcud olan, yollar, keçidlər, boğazlar və s. nəinki Qərb, eyni zamanda bütün dünya üçün ağlasığmaz dərəcədə əhəmiyyətli bölgələrdir. Çünki həm dünya iqtisadiyyatını hərəkətə gətirən əsas enerji daşıyıcıları olan təbii resursların 2/3-si bu bölgədədir, həm də Dünya Ticarətinin başlıca həlqəsi sayılan kritik qlobal ticari yollar da bu ərazilərdən keçir.

Bu səbəbdəndir ki, bütün bunlara nəzarət etmək uğrunda qlobal güc mərkəzləri indi bir-birləri ilə elə, ya belə ölüm-qalım savaşı içindədirlər.

İsrail heç cür ərəblərlə yola getmədi, hər iki tərəf bir-birini təxribata çəkdi, nəticədə ötən ilin payızında İsrail-Fələstin müharibəsi yenidən alovlandı və Yaxın Şərqin sanki bir barıt çəlləyinə çevrilməsi inanmıram ki, anqlosaksların bu dönəm üçün maraqları və planları çərçivəsində olub. Buna görədir ki, il başlayandan bəri İsraili Qəzzada törətdiyi hərbi cinayətlərə görə hazırda müttəfiqləri olan ABŞ-da da, Britaniyada da, Avropada da, hətta BMT-də də qınayanlar artır.

Düşünürəm ki, artıq yəhudiləri başqa cür başa salmaq, durdurmaq mümkün olmadığından, bir ehtimal da bu ola bilərdi ki, İran günün birində İsraili “kontrollu bomba atəşinə tutsun” ki, mollaların təbirincə “sionistləri” qorxutmaq, sakitləşdirmək, ələ almaq mümkün olsun. Dünyanın işini bilmək olmur, keçmiş təcrübələri də bura əlavə etsək, ABŞ və Britaniyaya məxsus kəşfiyyat orqanlarının rəsmi Tehranla belə bir planı razılaşdırmasına müvəffəq olma dərəcəsi aşağı deyil.

Hadisələrin inkişaf xəttinə və bitməsinə səbəb olan faktorlara nəzər salanda, bu versiyaya daha çox inanmaq istəyirsən. Təsəvvür edin ki, dünəndən etibarən bölgəyə aid bir çox dövlətlərin keçmiş rəhbərləri, dövlət adamları, regionu tanıyan ekspertlər, konfliktoloqlar baş verənləri bir oyuna, satirik janrda bir kinoya, hətta cizgi filminə bənzədirsə, deməli, bir bildikləri var və bizim mülahizələrimiz də boşuna deyil.

Azərbaycan cəmiyyəti olaraq isə bizim tək bir istədiyimiz var: bölgəmizdə dağıdıcı müharibələr olmasın! Ölüm-itim olmasın! Yorulmuşuq! Düzdür, İran heç vaxt sərhədində Azərbaycan Respublikası adlı bir dövlətin mövcud olmasını həzm etməyib, faktiki olaraq biznən düşmənçilik edir, bunun da ciddi səbəbləri var. Daha irəli gedərək, 30 il suveren ərazilərimizi işğalda saxlayan Ermənistana açıq dəstək verir. Bunu görməzdən gəlmək mümkün deyil, bu mənada ayıq-sayıq olmalıyıq.

Lakin bununla belə, əhalisinin az qalsın yarısının Azərbaycan türkü olmasını nəzərə alsaq, onların savaş qurbanına çevrilməsinə qətiyyən imkan vermək olmaz. Soydaşlarımızı qorumaq bizim də haqqımızdır. Başqa tərəfdən isə, qonşuda başlayan müharibədən Azərbaycana bir dövlət olaraq zərrə xeyir gəlməyəcək, əksinə, humanitar fəlakətlər o dərəcədə böyüyəcək ki, öz ayaqları üstündə zar-zor duran bir Respublika olaraq bunun altında qalıb əziləcəyik. Təmkinli və ağıllı, eyni zamanda tədbirli olmaqda fayda var.

Siyasətçi: Mirzə Rəşad Orbey

Respublikainfo.com 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.