Düyü növləri arasındakı əsas fərq dənli bitkilərdə qlüten və nişastanın miqdarıdır. Nə qədər az olarsa, düyü bişdikdə bir-birinə yapışma ehtimalı bir o qədər az olar.

Basmati düyü növü Azərbaycan, İran, Hindistan və bəzi növ özbək plovunun bişirilməsi üçün qüsursuz çeşiddir. İncə, uzun, şəffaf və bir qədər əyri olan taxıllı bitki ağ rəngdədir. Basmati düyü özü dadlıdır, çünki “basmati” hind dilindən “ləzzətlə dolu” kimi tərcümə olunur. Bişdikdə düyü uzunluğuna görə 2,5 dəfə artır. Basmati düyü növünü hətta 12 saat suda saxlamaq olar. Bu düyü bişdikdə zərif ətri və şirin bir dadı olur.
Tərkibində çoxlu sayda faydalı maddələr olduğu üçün onu düyülərin kralı da adlandırırlar.
Kanada Diabet Dərnəyinin məlumatına görə, basmati, glisemik indeksi 89 olan adi ağ düyüdən fərqli olaraq orta glisemik indeksə malikdir (56-dan 69-a qədər). Beləliklə, basmati düyü diabet xəstələri üçün və müxtəlif pəhrizlər zamanı uyğundur.
Fərqli zərif dada malik olan HİLAL BASMATİ düyülər ilə mətbəxinizdə əziz plovlarını hazırlaya bilərsiniz.
Yerigəlmişkən HİLAL Holdinqin məxsus çox dadlı və keyfiyyətli HİLAL çayları da çox faydalıdır. Bu çaylardan da əldə edib ətrindən və dadından xüsusi zövq ala bilərsiniz!