RESPUBLİKAİNFO.COM XƏBƏR VERİR Kİ, DƏYƏRLİ HACI ŞAHİN HƏSƏNLİYƏ HƏSR OLUNMUŞ FİLMLƏ BAĞLI SOSİAL ŞƏBƏKƏLƏRDƏ ƏHALİ TƏRƏFİNDƏN BÖYÜK MARAĞIN OLDUĞU AÇIQ – AYDIN HİSS OLUNUR. HƏMÇİNİN SÖZÜGEDƏN FİLMİN İZLƏNMƏ GÖSTƏRİCİSİ YÜKSƏK VƏ BAXIŞ SAYI İSƏ GETDİKCƏ ARTMAQDADIR.
Filmin ssenari müəllifi və rejissoru Natiq Axund öz sosial şəbəkə hesabında belə bir paylaşım edib. Həmin paylaşımı olduğu kimi sizə təqdim edirik:
“Bir Gecədə Dönüş” filminin tam versiyasını dəyərli Ruhani mərhum Hacı Şahin Həsənlinin doğum günündə siz əzizlərlə paylaşırıq. Filmi YouTube linkdən statusun altında, yaxud rəy bölümündən izləyə bilərsiniz.
Çəkilişlərdə peşəkar komanda ilə, yüksək keyfiyyətdə, ən son model film kameradan istifadə edərək az da olsa əzizimizin adına layiq iş görməyə çalışdıq. O üzdən bu dəfəki film həm xronometrajının həm də büdcəsinin çoxluğuna görə öncəki filmlərdən fərqləndi.
Canı ilə, malı ilə, pulu ilə yanımızda olan təşkilatı dəstəklərlə filmin xərclərinin yarısı həll olundu və saxlamadan filmi tamamladıq. Həll olunmayan yarısını isə ürək sahibi olan siz dəyərli dostlarla tamamlanacağına ümid edirik. Bəlkə də elə xeyirlisi budur. O qədər “belə xeyir layihələr olanda bizə də deyin, bacardığımız qədər iştirak etmək istəyirik.” deyənlər olur ki, bizə.
Bu da bir fürsət… Təəssüflər olsun, bu gün şou-biznes baş alıb getdiyi bir dövrdə cəmiyyətimiz üçün bu kimi mövzular nə qədər önəmli, vacib olsa da hamımız bilirik ki, onun ərsəyə gəlməsi də bir o qədər çətindir.
Hər şeyin bir hikməti, bir xeyiri olduğuna da inanırıq. Deyir Allah istəməsə bəndə xeyir işə vəsilə ola bilməz. Özü bizləri gözəl və faydalı işlərə vəsilə etsin hər zaman. Filmdə zəhməti olan şəxslərin haqqı boynumuzda qalmaz İnşaallah. Daha böyük layihələrə imza atmaq ümidilə bu işdə kiçik ya böyük, zəhməti olan hər kəsə Allahdan xeyir diləyir, hər birinizə təşəkkürlərimizi bildiririk.
Filmin tamamlanmayan xərclərinə qoşulmaq istəyən şəxslər buyura bilər.
• ABB hesabı 4127214123919489
FİLMİ TAM İZLƏ:
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com