Mənə soyuqdur sənsiz gecələr
baxışların əksik gəlir
Hərdən tək qalırdım amma,
indi günlər keçmək bilmir.
Ən uzun həsrət də bəzən,
bir neçə saat çəkirdi
İndi yoxsan ey nəfəsim
lay-lay deyir qəm-kədərim…
Bizimki qeyri-adi hiss
görəsən axı nə idi
ilk baxışdan sevgi, amma
çoxunu sevindirmədi
Mənə soyuqdur elə bil
Qışda, boranda qalmışam
Elə bil illərlə belə
tənha və yalqız qalmışam
hanı sevincin səbəbi
Hanı o ürkək baxışlı, isti nəfəsli sevgili?
hanı mənim göz işığım
Hanı gəncliyimin şahı?
İndi sözlər, həqiqətlər
Kimə edirlər lənətlər?
Səni məndən alan o pis
kirli və qatil əllər…
Bir də qaytara bilərmi?
mənə geri gətirərmi?
Para ürək heç dözərmi yaşamağa, alışmağa
öz-özüylə barışmağa
xəyanətlə savaşmağa
güc gələrmi?
Səni sənsiz yaşamağa?
indi soyuq…üşüyürəm…
amma bəzən közərirəm…
bax yenə də mən dözürəm, gözləyirəm
Mənə soyuqdur gecələr…
Baxışların əksik gəlir
Hərdən tək qalırdım, amma
indi günlər keçmək bilmir…