• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Gözlərə nur, ürəklərə sevinc bəxş edən UZMAN DOKTOR – MƏDİNƏ FƏRZİYEVA…

13.03.2024 - 8:02
A A
0
SHARES
99
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Dünyada elə insanlar var ki, onların varlığı insanlara sevinc, xoşbəxtlik gətirir. Eyni zamanda o adamlar digərlərinə sağlam həyat bəxş edir və yaşamaq eşqini daha da yüksəldir. Bu şəxslər hər zaman xalqının,ümumiyyətlə insanların sevimlisinə və əzizinə çevrilir. Belə dəyərli, xeyirxah, insanlıq adına şərəf gətirən və onu daha da ucalara yüksəldən şəxslərdən biri də oftalmoloq- doktor Mədinə Fərziyevadır.

Respublikainfo.com  Media Qrupun
“Sağlam həyat” rubrikasının növbəti qonağı, uzman doktor – oftalmoloq Mədinə Fərziyeva ilə olan müsahibəni sizə təqdim edirik:

– Mədinə doktor! Lütfən öz haqqınızda oxucularımıza məlumat verməyinizi istərdik!

– Hələ Bakıdakı 20 nömrəli orta məktəbdə oxuyarkən gələcəkdə hökmən həkim olmağı arzulayırdım. Ona görə də məktəbi bitirib Azərbaycan Tibb Universitetinə daxil olmaq üçün imtahan verdim. Nəticədə də həmin universitetə qəbul olundum. Universiteti Prezident tǝqaüdçüsü olaraq fərqlənmə diplomu ilə bitirdim. Tibbi bilik səviyyəsini daha da artırmaq və əsil göz cərrahı kimi yetişmək istəyi ilə Ankara Hacəttəpə Universitetində 5 illik təhsil və təcrübə qazanıb Uzman doktor olaraq məzun oldum.

10 ildən artıq zaman ərzində Türkiyə, Hindistan və Azərbaycanda bir neçə göz klinikalarında cərrah – oftalmoloq olaraq çalışdım. Son 3 ildə Bakıda “BATIgöz” klinikasında çalışıram. Dünyanın bir çox ölkəsində – Amerika, Almaniya, İtaliya, Çexiya, Çin, Türkiyə və digər ölkələrdə elmi-praktik konfranslarda fəal iştirak etmişəm. Göz cərrahı olaraq insanlara faydalı olmaqdan çox məmnunam və qürur duyuram. Minlərlə cərrahi əməliyyat etmişəm. Hər bir görməyən insana dünya işığı bəxş etdikdə onların sevinci qədər mən də sevinc yaşayıram.

– Həkim təcrübənizə əsasən fəsil dəyişikliyi dövründə göz həkiminə müraciətlərin sayında artım müşahidə olunurmu?

– Bilirsinizmi, insan ətraf mühitlə fasiləsiz təmasdadır. İndiki ekoloji durumda havadakı müxtəlif tozlar, zəhərli sənaye qazları insan orqanizminə, o cümlədən quruluş etibarı ilə çox zərif və incə göz hüceyrələrinə təsirsiz ötüşmür. Nəticədə mövsümlər dəyişdiyində gözlərdə allergik konyuktivitlə nəticələnə bilən qaşıntı və sulanmalara daha çox təsadüf olunur. Eyni hallar quruluğa meylli gözdə günəş şüaları və külək təsiri altında baş verir. Təbii haldır ki, bu kimi rahatsızlıqlarla bağlı həkimə müraciət edənlərin sayı da artır.

– Bəzi valideynlər şikayət edirlər ki, uşaqlar daha çox kitab oxuduğuna görə gözləri ağrıyır.  Son illərdə eynək taxan uşaqların çoxaldığını görürük. Ümumiyyətlə uşaqların gözlərini qorumaq üçün valideynlər nə etməlidir?

– Uşaqlarda erkən yaşlardan görmə zəifliyi, yəni qırma qüsuru adətən baş ağrıları ilə müşahidə olunur. Telefon və bilgisayarlardan saatlarla istifadə olunması bu prosesə mənfi təsir göstərir. Kitab oxumaq da gözlər üçün rahatsızlıq yaradır. Belə hallarda həkimə müraciət etmək zəruridir. Dərhal müalicə təyin olunmalıdır.

– Bir oftalmoloq – doktor olaraq fikrinizcə, göz zəifliyinin yaşla əlaqəsi varmı? Yaxud buna səbəb olan başqa amillər var?

– Əlbəttə, tibb elmi sübut edir ki, yaşlanma bir çox göz xəstəliklərinin, o cümlədən də görmə zəifliyinin əsas səbəblərindən biri və başlıcasıdır. Baxdığımız və odaklandığımız predimet və ya varlıqların  gözdə təsviri, şüalar vasitəsi ilə baş verir. Yəni, gözə daxil olan şüa gözün torlu qişasında fokuslanır, nəticədə də biz görürük. Bu proses pozulduqda görmə zəifləyir. Uzaqgörmədə optik fokus torlu qişanın özündə yox, onun arxasında yer alır. Bu da yaxın məsafədə aydın görməni azaldır, zəiflədir.

– El arasında mirvari suyu deyilən tibbdə katarakta adlanan göz xəstəliyi əslində nədir?

– Gözün ön hissəsində saat şüşəsinə bənzər şəffaf və elastik büllur qatı var. Zaman-zaman insan yaşlaşdıqca bu büllur sərtləşir, qalınlaşır və elastikliyini itirir. İlk olaraq bu büllurun elestikliyi azalmağa başlayır. Bir çox insanda təxminən 40 yaşlardan yaxını görmək bu səbəbdən çətinləşir. Daha sonralar büllurda sərtləşmə və qalınlaşma çoxalır və görmə tam zəifləyir. Kataraktanın əsas səbəbi yaşlanmadır. Artıq 50 yaşlı adamlarda kataraktanın ilkin əlamətləri özünü büruzə verir. Katarakta, mütəmadi olaraq dərman preparatları qəbul etməkdən, diabetik və digər səbəblərdən də yarana bilir. Katarakta bir qayda olaraq çox yavaş inkişaf edən xəstəlikdir. Kataraktadan xilas olmanın tək yolu cərrahi əməliyyatdır.

– Sonda cəmiyyətə, ümumiyyətlə göz xəstəliklərindən əziyyət çəkən insanlara nə kimi tövsiyələriniz var?

– Gözlərində hər hansı problem olan insanlara başlıca tövsiyǝm budur ki, dərhal həkimə müraciət etsinlər. İstənilən xəstəliyi erkən müəyyən etdikdə müalicəsi də daha asan olur. Bu isə həm xəstə, həm də həkim üçün uğur deməkdir…

Qeyd edək ki, bu günlərdə Mədinə doktor yaşlı bir anamızın şəfa tapmasına vəsilə olub. Mədinə Fərziyeva ilk andan etibarən, xoş qarşılama və xüsusi diqqəti ilə öz pasiyentinin rəğbətini qazana bilib.

Doktor və pasiyent arasındakı səmimiyyət isə özü fərqli bir gözəllikdir. Allaha çox şükürlər olsun ki, pasiyent artıq özünü əvvəlki durumundan daha yaxşı hiss edir.

Çox sevindirici haldır ki, Azərbaycanda Mədinə Fərziyeva kimi öz işinin peşəkarı olmaqla bərabər həm də insani keyfiyyətləri ilə ailələrə xoşbəxtlik bəxş edən həkimlərimiz var. Allah qolunuza qüvvət, zehninizə açıqlıq versin, dəyərli Mədinə doktor!!!

Əziz oxucular!  Təklif edirik ki, mütəmadi olaraq öz sağlamlığınızı düşünərək göz müayinəsindən keçməyi unutmayın!
Əgər görmə qabiliyyətinizlə bağlı problemləriniz varsa, o zaman Uzman doktor, oftalmoloq Mədinə Fərziyevaya müraciət edin!

Tam əminliklə bildiririk ki, Mədinə Fərziyeva ölkəmizdə və dünyada gözlə bağlı bir çox problemli xəstəliklərin öhdəsindən gələ bilən ən peşəkar həkimlərdən biridir.

Mədinə həkimlə əlaqə saxlamaq üçün əlaqə telefonları:

050 215 13 03

050 280 91 41

Söhbətləşdi:

Baş redaktor Bünyamin Çingizoğlu

Respublikainfo.com

 

 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.