Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı mütəmadi olaraq vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq.
Növbəti şikayət isə vətəndaş Qasımova Fatimə Mövsüm qızı tərəfindəndir.
Azərbaycan Respublikasının Baş naziri hörmətli Əli Əsədova, Göyçay şəhəri, Rəsul Rza küçəsi ev 54 ünvanında yaşayan Qasımova Fatimə Mövsüm qızı tərəfindən
(Əlaqə nömrəsi: +994 55 591 16 79)
/Facebook sosial şəbəkəsində saxta profil və hesablarla bir qrup şəxs tərəfindən şər-böhtan, təhqir və şantaj xarakterli əməllərə məruz qalmağım barədə/
Ə R İ Z Ə
Hörmətli cənab Baş nazir! Qeyd etmək istəyirəm ki, mən Qasımova Fatimə Mövsüm qızı 09.09.1986-cı il tarixdə indiki Ermənistan Respublikasının (masis) Zəngibasar rayonunda doğulmuşam, milliyətcə azərbaycanlıyam. İş fəaliyyətim jurnalistika sahəsi, Göyçay Bayraq Muzeyinin rəhbəri vəzifəsini icra etməkdən ibarətdir. Göyçay Şəhər Heydər Əliyev Parkının sahə nəzarətçisiyəm.
Mənim bir Azərbaycan türkü olmağıma baxmayaraq bir qrup reket- jurnalist və “bloggerlər” tərəfindən “erməni” adında təhqir olunaraq alçaldılıram. Onlarməni rayondakı işimdən və yaşadığım ünvandan qovmaq üçün hər cürə pisliyə əl atırlar. Qərbi azərbaycanlı olduğum üçün iş fəaliyyətimin qabaqcıl sıralarda getməsini qəbullana bilmirlər. Həm də rayon sakinlərini provakasiyaya təşviq edə bilmirlər, çünki hazırladığım reportajlar reallığı əks etdirir.
Qeyd edim ki, həyat şəraitim olduqca dözülməz həddə çatıb. İki azyaşlı, bir yetkinlik yaşlı övlad anasıyam və güclü olmalıyam. Doğma Vətənimdə mənə haqsız yerə yaşadıqlarına görə cəzalanacaqlarına əminəm.
Sizə ünvanlanan müraciətimdə Göyçay-Ucar rayonlarında qruplaşmış əxlaqsız şəxslər barədə qısa məlumat verəcəyəm. Bu mütəşəkkil dəstə “ictimai fəallıq” adı altında şantajla çəkiliş edib pul müqabilndə silirlər. Bütün rayonu təhqir və şantaj subyekti kimi məni və digərlərini göstərərək qorxu içində saxlayırlar.
Təxminən 10 aya yaxın müddətdir ki, Ucar rayon sakini, “özünə müstəqil jurnalist”deyən Hüseynov Fuad Oktay oğlunun və Göyçay rayon sakini bloqer Səmədov Məhəmmədəli Azər oğlunun birgə təşəbbüsləri əsasında Ucar, Göyçay, İsmayıllı və digər rayonlarında müxtəlif vəzifələrdə fəaliyyətləri olan şəxslərə qarşı özlərinin və əlbir olduqları digər şəxslərin maddi maraqlarının təmin edilməsi istiqamətində Azərbaycanda indiyədək analoqu olmayan tərzdə qara kompaniyaya başladılar. Bu şəxslər açıq şəkildə sadə vətəndaşlardan tutmuş vəzifəli şəxslərə qədər onları rüsvay edəcəkləri hədələrlə çıxış etməyə başladılar. Onlar hədəfə aldıqlarını gah istefa vermələrini tələb olaraq irəli sürdülər, gah da ki, əmlak və qeyri əmlak əldə edilməsi istiqamətində çoxlu sayda insanları təzyiq altında saxladılar. Məhz bu səbəblərdən işlərindən könüllü və məcburi şəkildə azad olunan şəxslər də oldu. Onların tələblərinə uyğun boyun əyənlər də, əyməyənlər də alçaldılır. (Demək olar ki, Göyçay və ətraf rayonların bütün idarə və müəssisə rəhbərlərindən bu dəstə barədə kifayət qədər məlumatlar və faktlar toplanıb).
Məsələn, Facebook sosial platformasında 7-8 nəfərə aid mobil operator və elektron poçtlarla qeydiyyatdan keçirilməklə açılmış, ümumilikdə 200-dən artıq saxta profil və hesablarla hədəfə aldıqları məmurlar barədə şər-böhtan, həmçinin rüsvayedici məlumat paylaşacaqları barədə anonslar verirlər. Onların tələblərinə vaxtında əməl etməyən şəxslər artıq məlum olduğu kimi linc edilir. Hətta daha betər şəkildə rüsvay edəcəklərilə guya qanunsuz əməllərini silsilə şəkində davam etdirəcəklərini diqqətə çatdırırlar. Onlar şər-böhtan və təhqirlərlə təkcə hədəfə aldıqlarını deyil, hərdən iz azdırmaq məqsədilə bir-birlərini də söyüb təhqir edirlər ki, onlara əks olan tərəf haqqında da şübhə yarada bilsinlər.
Saxta profillərdən birinin vasitəsilə Göyçay Rayon İcra Hakimiyyətiniin başçısı Natiq Ağayev Nuşrəvan oğlu, prezidentin tərəqqi medalı mükafatı alan başçının birinci müavini İkram Vəliyev, rayonun baş memarı vəzifəsini icra edən Ayaz Safaraliyev mütəmadi olaraq onların təzyiqləri qarşısında qaldı. Rəvan Mustafayev və onunla birgə hərəkət edən Südabə və Cavid Məmmədovlar qanunsuz ev tikdilər. Bundan əvvəldə qanunsuz torpaqlar tutub böhtan və şərlərlə satmaqla dolanıblar.
Göyçay Rayon İcra Hakimiyyətinin Qaraməryəm kənd ƏİD üzrə nümayəndəsi Nicat Mahmudovun ailəsilə bağlı rüsvayedici məlumatlar paylaşılacağı hədəsilə onu da çıxılmaz duruma saldılar. Sonunda N. Mahmudov onların, xüsusən də Fuad Hüseynovun tələb etdiyi 300 manatı, 200 manat məbləğində razılaşdırmaqla, təqdim etdikləri hesab köçürdü.
Ərizəsilə işdən uzaqlaşan Göyçay RİH Başçısının 1-ci müavini İkram Vəliyev sosial şəbəkələrdə şər böhtana və təhqirlərə məruz qalaraq, onların tələbləri qarşısında müxtəlif vaxtlarda güzəştə getmiş olub. Buna baxmayaraq hələ də onun barədə rüsvayedici məlumatlar paylaşmaqla hədə-qorxu ilə müxtəlif tələblər irəli sürməkdə davam edirlər. (Çox güman ki, özü bu barədə izahatında ətraflı məlumat bildirəcək).
Göyçay Şəhər Təsərrüfatı Birliyinin sədri Cavanşir Qədirov da saxta profil və hesablarla ona qarşı yönələn təhdid və hədəflərə rəğmən tutduğu vəzifədən könüllü surətdə istefa verdi. Hazırda yaşıllıq sahəsində müdir vəzifəsində çalışır.
“Bloqer” Səmədov Məhəmmədəli Azər oğluna məxsus saxta hesablar vasitəsilə Göyçay RİH Başçısının 1-ci müavini vəzifəsini icra edən Kərim Seyidova və Göyçay RİH Başçısının Şəhadət kənd ƏİD üzrə nümayəndəsinə xəbərdarlıqlar edildi ki, “ağıllı olsunlar, onlardan əvvəlkilər daha güclü idilər, nə günlərə qoyulduqlarını görüb nəticə çıxarsınlar və s.” Yəni saxta profil və hesabları idarə edənlər bizi nəzərdə tutaraq, göstərrk onları da təhdid etməyə başladılar. Həmin şəxslərin vəzifəyə təyin olunduqlarından 2 gün keçməmiş onlar barəsində uzun bir yazı formasında mesaj göndərildi.
Eyni zamanda sayt idarəçisi, olaraq mən, jurnalist Qasımova Fatimə Mövsüm qızı jurnalist Fuad Hüseynova, bloqerlər Elnur Rəhimliyə, Etibar Bəşirova, Rəvan Mustafayevə, Səbuhi Quliyevə Südabə və Cavid Məmmədovlara məxsus saxta profil və səhifələrdə ən çox şər-böhtana, təhqirlərə, eləcə də rüsvayedici məlumat paylaşılması və paylaşılacağı hədələrilə təzyiqlərə məruz qalan şəxsəm. Mənim qarşımda müxtəlif vaxtlarda tələblər qoyuldu. Odur ki, şantaj və təhqirlər səbəbindən cəlb edildiyim ictimai işlərdən kənarda qalmalı oldum. Bu azmış kimi mənim Bayaq Muzeyindən istefa verməyim və çıxarılmağım üçün özümə və tabe olduğum digər yüksək vəzifəli məmurlara etmədikləri hədə-qorxular qalmaydı. Fuad Hüseynovun diqtəsilə hərərkət edən Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu aşkar şəkildə rəsmi müraciətlərlə Qasımova Fatimənin işdən çıxarılaraq, onun yerinə özünün götürülməsini irəli sürmüşdü. Onun tələbləri yerinə yetirilmədiyi səbəbindən o ağlasığmaz əxlaqsız hərəkətlərə əl atmaqla, real və saxta profillər vasitəsilə şər-böhtan xarakterli məlumatlar paylaşmağa başladı. Bir az araşdırmadan sonra məlum oldu ki, o, saxta profillər vasitəsilə uzun müddətdir məni erməni əxlaqsız kimi təbliğ edərək işimdən və yaşadığım rayondan qovulmağımı şərt olaraq əhali qarşısında irəli sürür.
Rəvan Mustafayevin “Ağ Partiya” vəsiqəsini boynundan asıb, sahibkarlardan pul toplaması da, heç kimə sirr deyil. Məhz bu səbəbdən onu partiya sıralarından xaric etdilər. Son günlərdə onu etdiyi qeyri-etik hərəkətlər səbəbindən nə qədər axtarsam da, tapa bilmədim. Telefonla zəng edib çağırsam belə, gəlmədi, nə də ki, olduğu yeri mənə bildirmədi. İndi mənə məlum olub ki, həmin şəxs qaçaraq Bakı şəhərində naməlum ünvanda gizlənib. Onun yazdıqlarını normal heç kimsə yazıb, ifadə edə bilməz. Bu adamın narkotik təsiri altında ola bilməsi ehtimalı da var. Və yaxud da ömürlük həbsdə olan qardaşı Nicat Mustafayev kimi tamahı başına vurub. Qeyd edim ki, onun qardaşı yaşlı ər-arvad Göyçay sakinlərini tamah niyyətilə öldürmüşdü. Yəni bütün hallarda bu kimi cinayətlərə əl atanların normal insanlar ola biləcəyini düşünmürəm.
Mən, ailə üzvlərimiz, dostlarımız, qohumlarımız və bizə dəstək olan xalqımızın nümayəndələri adından Daxili İşlər naziri, cənab Vilayət Eyvazovdan da bu barədə xahişlər etmişik.
El oğlu, cənab Əli Nağıyev sonuncu dəfə isə sizdən xahiş edirik ki, qruplaşmış reket şəbəkəsinin qanunsuz əməllərinin araşdırılması və onların dərhal saxlanılaraq dindirilməsinin təmin edilməsi istiqamətində müvafiq göstərişlər verəsiniz.Bu işi heç kimə həvalə etmədən el qızınızı rüsvay edib, rəzil duruma salanlarla bağlı şəxsən nəzarətə götürüb köklü tədbir görəsiniz. Mən hər zaman Qərbi Azərbaycanımızın başını uca tutmuşam. Sonunda məni vətən xaini Qabil Məmmədova da söydürdülər və üzr istəyirəm video görüntünü Sizin adınızla paylaşdığı videonu DTX əməkdaşlarına göndərmişəm.
Belə ki, barələrində şikayət etdiyimiz reket qruplaşma olduqca azğınlaşıb deyə, onların tanıdıqları, kimliklərini bildikləri polis əməkdaşlarını da başqaları kimi rüsvay edəcəklər, onları da bizim kimi şantaja məruz qoyacaqlar. Odur ki, onlar da öz növbəsində qruplaşmanın bu və bu kimi digər əməllərindən ehtiyyatlanaraq işə ciddi və obyektiv baxmaqdan yayınacaqlar.
Cənab Əli Nağıyev! İnanıram ki, Azərbaycan Dövlətinin mənafeyi, xalqımızın milli-mənəvi dəyərləri üçün, elə hər mənada qorunmalı olan namusu və qeyrəti naminə, eləcə də Göyçay və ətraf rayonlarda ictimai-siyasi sabitliyin pozulmaması istiqamətində gec olmadan, bu problemin həlli yolununun tapılması, həmin şəxslərin qanunamüvafiq şəkildə cəzalanması üçün müəyyən hərəkətlərin edilməsini təmin edəcəksiniz. İşlədiyim Bayraq Muzeyində bayraqlarımızı alçaldırlar. Oranın əxlaqsız yuvası olduğunu və Qərbi Azərbaycan qızının erməni olduğunu yazırlar. El oğlumuz mən Sizin bu biabırçılığa son qoyacağınıza böyük bir ümüd bəsləyirəm. “Fatimə Mövsüm Qəlbin Səsi” facebook profili mənə aiddir. Araşdıra bilərsiniz.
Hörmətlə, Qasımova Fatimə Mövsüm qızı (Qərbi azərbaycanlı, türk qızı türk)
Fatimə Qasımova : 055 591 16 79
Respublikainfo.com