• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Goranboyda Şəhid Vüsal Əli oğlu Əliyevin mövlud günü qeyd edildi – FOTOLAR

21.07.2024 - 22:49
A A
0
SHARES
95
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Goranboy Rayon Hazırəhmədli kənd sakini, 1980-ci il təvəllüdlü xidməti vəzifəsini yerinə yetirərkən Şəhidlik məqamına ucalmış Vüsal Əli oğlu Əliyevin mövlud günündə məzarı və doğmaları ziyarət edilib.

Respublikainfo.com xəbər verir ki, Ziyarətdə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru nun Goranboy Rayon Hazırəhmədli Kənd T.Məmmədov Adına Tam Orta Məktəbi nin direktoru və pedaqoji kollektivi, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Hazırəhmədli İcra Nümayəndəliyi, Şəhidin yaxınları, İctimaiyyət nümayəndələri və kənd ziyalıları iştrak etmişdir.
İlk öncə tədbir iştirakçıları Hazırəhmədli kənd qəbristanlığına gələrək Şəhidimizin məzarını ziyarət etmiş, məzarı önünə tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
İctimai-siyasi fəal Elçin Tağıyev ilk öncə Şəhid Vüsal Əliyevin ailə üzvlərinə Goranboy İctimaiyyəti adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir. Eyni zamanda Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir. E. Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, Goranboy rayonunda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd etdi.
Hazırəhmədli kənd tam orta məktəbinin direktoru Təranə Cəbrayılova çıxış edərək Vüsal Əliyevin ailəsinə dərin hüzünlə başsağlığı verib.
T. Cəbrayılova bildirdi ki, bildiyiniz kimi 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, qalib Azərbaycan xalqı öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdi. Bununla yanaşı bütün Şəhidlərimizin qisası alındı və Azərbaycan bütövləşdi.
Mərasimdə çıxış edən Şəhid Vüsal Əliyevin qardaş Raqif Əliyev Vüsalın keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdi.
Sonra Mərasim iştrakçıları Şəhid anasını evində ziyarət etdilər.
Şəhid anası Nahibə İsgəndər qızı Əliyeva onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək ölkə başçısı cənab İlham Əliyev ə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Sonda Şəhid anasına xatirə hədiyyəsi təqdim edildi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.