• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Goranboyda 27 sentyabr Anım Gününə həsr olunmuş “Qəhrəmanlar Unudulmur” adlı tədbir keçirib

26.09.2024 - 13:18
A A
0
SHARES
15
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu xəbər verir ki, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun Goranboy Rayon Hazırəhmədli Kənd Turab Məmmədov Adına Tam Orta Məktəbinin təşkilatçılığı ilə 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qəhrəmanlar Unudulmur” adlı tədbir keçirib.

Keçirilən tədbirdə 44 günlük Vətən müharibəsinin Gəncə şəhəri və Goranboy rayonundan olan şəhid ailələri, qazilər və veteranları, ictimaiyyət nümayəndələri, pedaqoji kollektiv, kənd sakinləri iştirak etmişdir.
Tədbirin əvvəlində Azərbyacanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Məktəbin direktoru Təranə Cəbrayılova bildirib ki, dörd il əvvəl xalqımız müasir tariximizin ən taleyüklü gününü yaşadı. Azğın ermənilər 27 sentyabr 2020-ci ildə xalqımıza yeni qanlı faciələr yaşatmaq, daha çox ərazilər işğal etmək üçün bütün təmas xətti boyu xain hücuma keçdilər. Hücumu dəf edən qəhrəman ordumuz Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin əmri ilə genişmiqyaslı əks hücuma keçdi. Beləcə, yaddaşlarda 44 günlük müharibə kimi qalan və şanlı zəfərlə yekunlaşan Vətən Müharibəsi başladı. Cənab Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bir yumruq kimi birləşən xalqımız döyüş meydanında düşmənin başını əzməyə başladı. Bu 44 gündə bizi qələbədən-qələbəyə aparan məhz bu sarsılmaz birliyimiz oldu. Müharibə bizə bir daha dostumuzu və düşmənimizi də tanıtdı. Qədirbilən xalqımız o çətin günlərdə qardaş Türk xalqının, onun böyük lideri cənab Rəcəb Tayyib Ərdoğanın tutduğu ədalətli mövqeyini, bizə olan dəstəyini heç vaxt unutmayacaq. Vətən müharibəsi dövründə bütün dünya Türkiyə və Azərbaycanın sarsılmaz birliyinin, qardaşlığının bir daha şahidi oldu. Müharibə xalqımız, dövlətçiliyimiz üçün tarixi sınaq idi.
İctimai-fəal Elçin Tağıyev çıxış edərək vurğulayıbi ki, qələbəmizdə ən böyük pay sahibi məhz şəhidlərimizin şücaəti ilə bağlıdır. Minlərlə Azərbaycan əsgəri Vətən uğrunda canından keçdi və yüksək şəhidlik məqamına ucaldı. Qədirbilən xalqımız şəhidlərin xatirəsini hər zaman uca tutur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 27 sentyabrın Anım Günü olaraq qeyd edilməsi ilə bağlı 2 dekabr 2020-ci ildə imzaladığı Sərəncamı şəhidlərimizin ruhuna, xatirəsinə olan ehtiramın bir nümunəsidir. Şəhidlərin adlarının əbədiləşdirilməsi, ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, mənzil problemlərinin həll edilməsi üçün mütəmadi olaraq ciddi işlər görülür. Bu işlər dövlətimizin sosial layihələrinin əsas prioritetini təşkil edir. Bu baxımdan Goranboy rayonunda Şəhid və Qazi ailələri Goranboy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Məhərrəm Quliyevin daim diqqət mərkəzindədir və şəhid ailələrinə olan qayğı və dəstəyini əsirgəmir deyə E. Tağıyev bildirmişdir.
Tədbirdə çıxış edən Şəhid valideyinləri Vətən oğullarına həsr edilmiş tədbirin yüksək səviyyədə keçirilməsində əməyi olan bütün kollektivə və təhsil işçilərinə minnətdarlıqlarını bildirdilər.
Eyni zamanda Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Prezident İlham Əliyev cənablarının şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğısından irəli gəlir. Bütün bunlar – şəhid ailələrinin üzvləri üçün nəzərdə tutulan üstünlüklər, ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan şəhid övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və digər təminatlar bir daha göstərir ki, ölkədə aparılan sosial siyasətdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılması başlıca hədəflərdən biridir.
Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunun, onların ailə üzvlərinə diqqət və qayğının zaman keçdikcə daha da artdığının əyani təsdiqi kimi dəyərləndiririk.
Buna görə hörmətli Prezidentimiz İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edir və “Müstəqil Azərbaycanın firavanlığı naminə apardığı siyasətində Tanrı Sizə yar olsun!” deyirik deyə şəhid valideyinləri bildirdilər.
Azərbaycan Vətən Müharibəsi Veteranlarının Goranboy rayonu şöbəsinin rəisi Elmar Məmmədov 44 günlük müharibənin yekununda qəbul edilən 10 noyabr bəyanatına əməl etməyərək silahlı qüvvələri Qarabağdan çıxarmayan, təxribatlar törədən ermənilərin bu əməllərinin tam olaraq qarşısını almaq məqsədilə 19 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən danışaraq, 24 saatdan az vaxtda başa çatdırılan bu əməliyyat nəticəsində erməni silahlı qüvvələrinin Qarabağda tam təslim olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər ziyalılar Vətən müharibəsində əldə edilən zəfərin tarixi əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.
Bildiriblər ki, başda şəhidlərin ailə üzvləri olmaqla Vətən müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət göstərilir. Onlara maddi yardımlar edilir, müxtəlif istirahət və müalicə müəssisələrinə göndərişlərlə təmin olunurlar.
Sonda Hazırəhmədli kənd Tam Orta Məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş “Şəhidlik ən uca zirvədir” “Qalib Xalqın Qalib Sərkərdəsi” “Daim zirvələrdə dalğalan Azərbaycan Bayrağı” “Qəhrəman oğulları yetirən torpaq” adlı şeirləri və “Ana harayı” “Səhnədən cəbhəyə” “Düşmən məğlub edildi” “Qələbə sənindir Azərbaycan əsgəri” adlı əbədi kompazisyaları tamaşaçılar tərəfindən maraqla izlənildi.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.