1 yanvar 2025-ci ilin ilk gününü müqəddəs ailələrimizdən olan Şəhid ailəsinin evinin ziyarətində olduq.
Respublikainfo.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Rabitə rəisi, 44 günlük Vətən müharibəsinin Şəhidi, Zəfər Günü Şəhid olub Bayraq günü torpağa tapşırılan Goranboy rayonu Muzdurlar kənd sakini Şəhid Mayor Əlövsət Məmmədovun valideyinlərini ziyarət dilib.
Şəhid ailəsinin ziyarətində Goranboy rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Nəzarət şurasının üzvləri Prezident təqaüdçüsü Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi Goranboy rayon Filialının sədri Namiq Məmmədov, AQƏMV və ŞAİB Goranboy Filialının sədri Orxan Əliyev, Rəhman Səfərov, İctimai-siyasi fəal Elçin Tağıyev iştirak ediblər.
İlk öncə Şəhid Mayor Əlövsət Əli oğlu Məmmədovun xatirəsinə inşa edilmiş Muzdurlar kəndindəki “Şəhid Abidə Kompleksini” ziyarət edib önünə tər qərənfillər düzərək ruhun ehtiramla yad etdik.
Şəhid atası Əli Məmmədov övladının keçdiyi şərəfli xidmət yolundan söhbət açaraq onun körpəlikdən Vətənə torpağa bağlılığından danışaraq xatirələrini bölüşdü.
Şəhid ailəsi ilə görüşdə iştrak edən İctimaiyyətçilər Azərbaycan xalqını və Qəhrəman Goranboyluları 2025-ci il münasibətilə ürəkdən təbrik etdilər.
Uca Allahdan bütün Şəhidlərimizə rəhmət ailələrinə səbir dilədilər.
Şəhid ailəsinə göstərilən yüksək səviyyədə diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etdilər. Bununla yanaşı daim Goranboyda Şəhid ailələrini ziyarət edərək onların qayğıları ilə maraqlanan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Məhərrəm Quliyevə təşəkkürlərini bildiriblər.
İctimai-siyasi fəal Elçin Tağıyev öz adət ənənəsinə sadiq qalaraq Şəhid ailəsinə Şəhidimizin şəkli əks olunmuş “Şəhid Xatirə Tablosu”nu təqdim etdi.
Sonda Şəhid Mayor Əlövsət Məmmədovun övladlarına bayram hədiyyələri təqdim edildi.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.