Respublikainfo.com Media Qrupu, siyasi fikir adamı ANAR ƏSƏDLİNİN YAZISINI TƏQDİM EDİR:
Böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın şəhadətə yüksəlməsindən 222 il ötür.
Cavad xanın Çar Rusiyasının istilasına qarşı
çətin şəraitdə işğalla barışmayaraq, sonadək apardığı mübarizə Azərbaycan xalqının azadlığından heç bir zaman vaz keçməməsinin bariz nümunələrindəndir.
Biz Cavad xanı və onun kimi Şəxsiyyətləri həm də ona görə anmalıyıq ki, bu tarixi uşaqlarımız oxusun və bilsinlər ki, onların dədə-babaları öz yerini, haqqını tanıyan, boyun əyməyən, tabe olmağa nifrət edən, azadlığı, müstəqilliyi uğrunda savaşan bir xalqın oğulları olublar.
Ənənə üzərində tərbiyə olunmayan xalq təcavüzkar qonşulara qarşı mübariz ola bilməz. Rusiyanın təcavüzü 200 ildən çoxdur davam edirsə biz mütləq yeni nəsillərə yaxın tariximizlə bağlı güzgü tutmalıyıq.
Qəhrəman sərkərdəni sevgi ilə yad edirəm!